Dəb
Stil ikonalarının uzun ətək şousu – FOTOLAR
Qış yalnız qalın şalvar geyinmək üçün deyil, həm də döşəməyə qədər uzun ətək geyinmək üçün də ideal zamandır. Artıq bir çox dəb ilahələri də qısa ətəkdən imtina etmək qərarına gəlib. Ulduz modapərəstlər qış aylarında uzun ətəkləri böyük məmnuniyyətlə geyinir.
Publika.az xəbər verir ki, Milan moda həftəsi çərçivəsində stil ikonalarının çoxu uzun ətəyə üstünlük verib. Bu yazıda qış fəslində uzun ətək geyinməklə bağlı məsləhətlər vermişik.
Düzgün material
Əgər yayda yüngül, nazik pambıq, şifon kimi uçuşan yubkalar aktual olursa, qışda onlar barədə unutmalıyıq. Yay modelləri soyuq havada yersiz görünəcək. Bəs qış ətəkləri hansı materialdan olmalıdır? Cavab veririk: İsti və qalın. Modelyerlər məxmər, dəri, yun, toxunma trikotaj, zamşa, velür, velvet, hətta cins və xəzdən tikilmiş variantlar üzərində dayanmağı tövsiyə edir.
Münasib ayaqqabı
Ətək seçərkən onu hansı ayaqqabı ilə geyinmək barədə düşünməliyik. Qışda uzun yubkaları uzunboğaz, qısaboğaz çəkmələr, botinka və ya botfortla geyinmək olar. Ayaqqabının dabanı yubkanın altında qaldığı üçün onun necə olmasının ciddi əhəmiyyəti yoxdur. Lakin qışda maksimum rahat ayaqqabılara üstünlük verilməlidir. Üstəlik, indi alçaqdabanlı ayaqqabılar trendlər siyahısındadır.
Uzun ətəyi nə ilə birləşdirməli?
Ətək alınıb, ayaqqabı seçilib, harmoniyanı tamamlamaq üçün növbədə köynəklərdir. Uzun ətəklə trikotaj vodolazka, romantik və ya klassik viktoriyan üslubunda bluz, kəşmiri sviterlərlə hətta kişisayağı köynəklər geyinmək olar.
Rənglər
İlin soyuq fəslində stilistlər isti rəng qammasına üstünlük verməyi məsləhət görür. Bu mövsümün ən aktual çalarları - boz, qara, qəhvəyi, tünd qırmızı, xardal və zeytun yaşılıdır. Əgər ətək tünddürsə, onda üst geyimi ağ, boz, kremli yumşaq çalarlarla birləşdirin. Bu qayda əksinə də işləyir. Məsələn, əgər yubka neytral rəngdədirsə, onda sviter və ya bluzu tünd seçin.
Palto və gödəkcə seçimi
Uzun ətəklər dəri gödəkcələr, qısa, orta və uzun paltolar, həmçinin, qısa kürklərlə yaxşı uzlaşır. Uzun və həcmli şərf isə obrazınızı daha da effektli edəcək.
Aytən
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)