Dəb
Karl Lagerfelddən növbəti səs-küylü dəb nümayişi – FOTOLAR
Paris moda həftəsi çərçivəsində “Chanel”in yeni kolleksiyası nümayiş olunub.
Publika.az xəbər verir ki, Karl Lagerfeld növbəti səs-küylü şousunu təqdim edib.
Dizaynerin klassika ilə orijinal və müasir aksessuarları bir-biri ilə uyğunlaşdırmasına yalnız həsəd aparmaq olar. Ən maraqlı parçalar həmişə göz oxşayır, burada Lagerfeldin cəlbedici rəng seçmək istedadını qeyd etməmək mümkün deyil. Nümayişdə müxtəlif materialların, xüsusilə də, cinslə tvidin vəhdəti modapərəstlərinin qəlbini fəth edə bilib.
Mirvarilər yeni kolleksiyanın əsas rəmzlərindən biri olub. Moda evinə xas tvid parçalar isə tamamilə yeni formada təqdim olunub. Parçalar bu dəfə xüsusi parlaqlığı ilə seçilib, mirvari boyunbağılar isə daha həcmli olub. Rezin yağış çəkmələrlə tvid şlyapalar da mövsümün əsas hiti olmağa iddialıdır. Ümumiyyətlə, kolleksiya çox maraqlı alınıb.
Aytən
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)