Dəb
Baharın ən zərif trendini qarşılamağa hazır olun - FOTOLAR
XIX əsrdə Avropada populyarlığının pik nöqtəsinə çatmış krujeva trendi artıq bir neçə mövsümdür ki, öz aktual mövqeyini heç nəyə vermir. Heç bir moda həftəsi fransız krujevası, Venesiya tülü və irland gipürü olmadan keçmir. “Oscar de la Renta”, “Gucci”, “Valentino” “Burberry”, “Elie Saab” kimi moda evləri hər kolleksiyasında bir qayda olaraq krujevadan istifadə edir.
Əgər krujevalı don, köynək və ya ətəyiniz yoxdursa, onda bu trendi qarderoba əlavə etməyin əsl zamanıdır.
Publika.az-ın dəb bölməsi modapərəstləri krujeva trendi ilə yaxından tanış edib.
Krujeva don
Stilist və dizaynerlər krujeva donları digər geyimlərlə birləşdirməyi təklif edir. Donun fasonu və biçimi nə qədər sadə və yüngüldürsə, onu başqa üslublarla uzlaşdırmaq bir o qədər asan başa gəlir. Adətən, dəb ilahələri belə donu klassik stiletto, leofer, həmçinin, cins və ya dəri pencəklə, eləcə də, yun jaketlə uyğunlaşdırır. Əgər gündəlik obraz yaratmağa qərar vermisinizsə, o halda, belə libasları idman, üstüaçıq ayaqqabı və kltaçla birləşdirib rahat ansambl düzəltməyi təklif edirik. Lakin yadda saxlayın ki, krujeva özündə müxtəlif fakturaları birləşdirdiyi üçün mürəkkəb materialı ilə kifayət qədər seçilir. Bu səbəbdən, krujevanı yalnız təntənəli axşam dəvətləri üçün qoruyub saxlamaq yaxşı olardı.
Krujeva ətək
Krujeva ətəklər mövsümün ən dəbli trendlərindən biridir. Ətəyin fasonunun klyoş, qələm, düz, uzun və ya qısa olmasından asılı olmayaraq, onlar romantik obrazın yaradılması üçün ən yaxşı variantdır. Krujeva yubkalar sadə biçimli köynəklər - toplar, bluzalar və sviterlərlə əla uzlaşır. Karandaş ətək kimi universal modellər həcmli sviter, kişi köynəyi ilə ideal qalır, axşam çıxışları üçün asqılı şifon maykalarla mükəmməl uzlaşır. Ayaqqabılara gəldikdə, müasir dəb qaydaları belə ətəyi baletka, stiletto, sliper və ya dikdabanla geyinməyə icazə verir.
Krujeva köynək
Krujeva köynəklər də eyni ilə ətəklər kimi maksimum sadə biçimli geyimlə asanlıqla uzlaşır. Bu geyim də haqlı olaraq, qarderobun ən lazımlı əşyaları siyahısında yer alır. Onun köməyilə işgüzar, romantik və ya klassik üslublarda bir çox maraqlı obrazlar yaratmaq olar. Klassika təəssübkeşi pərəstişkarları üçün dizaynerlər bluz təklif edir, müasirlik axtarışında olanlar isə bahar obrazını alt paltarı tipdə tikilmiş toplarla tamamlaya bilər. Krujeva mayka və topları isə istər cins, istərsə də klassik şalvarla dəstləşdirmək mümkündür.
Krujeva jaket
Krujeva jaket kokteyl və axşam paltarları ilə uzlaşan gözəl alternativdir. Bu jaketlər sadə biçimli, heç bir dekorasiya elementləri olmayan dar ətək və ya şalvarla da yaxşı görünür. Bəzəklərin çox olması bütün bu obrazı korlaya bilər.
Aytən
-
Hadisə22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi




































.jpg)
.jpg)