Dəb
Baharın yeni dəbi: rəng çalarlarının oyunu – FOTOLAR
Yaz mövsümünün əsas dəb tendensiyalarından biri də başdan ayağa eyni rəngə bürünməkdir. Deməli bu tendensiyanı öyrənməyin əsl vaxtıdır. Bu məsələdə səhv etməmək üçün Publika.az-ın dəb bölməsi modapərəstlərə məsləhətlər verib. Odur ki, diqqətli olun!
Yeri gəlmişkən qeyd edək ki, bütün geyimlərin eyni rəngin müxtəlif çalarında seçilməsi monoxrom adlanır. Monoxrom əslində,1945-ci illərdə rəssamların eyni rəngin müxtəlif tonlarından istifadə edərək işlədiyi rəsmlərə deyilirdi. Sonralar monoxrom dəb termini kimi işlənməyə başladı.
Şokolad çalarlarının ahəngi
Müxtəlif fakturaları bir rəngdə seçin. Ağ toxunma cemper (yaxalıqsız toxunma kofta), eyni çalarlı atlas paltarı parıltılı ayaqqabıları birləşdirməklə siz xüsusi səy göstərmədən maraqlı obraz yaratmağa nail olacaqsınız. Bazar ertəsi səhər işə gedərkən geyimlə bağlı qərar verməkdə çətinlik çəkirsinizsə, bu, sizin üçün əla variant olacaq.
Tonların rəqsi
Bu variant iti gözü ilə milyonlarla rəngi bir-birindən fərqləndirənlər üçündür. Şalvar və paltonu eyni rəngdə seçin, bluz və ayaqqabıda isə açıq çalarlara üstünlük verin. Belə olan halda aksessuarlar istənilən rəngdə ola bilər! Onunla bazar ertəsi istifadə etdiyiniz çantanı götürmək olar.
Karamel çalarları
Ağ, süd və fil dişi çalarının vəhdəti monoxrom obraz yaratmaq üçün əla üsuldur. Bu variantda da mahiyyət xüsusi dəyişmir. Karamel tonlarından ibarət dəsti həftənin istənilən günü üçün ideal seçimdir.
Bozun 50 çaları
Kim deyir ki, boz darıxdırıcı rəngdir? Əgər söhbət dəbdən gedirsə, boz heç vaxt pis seçim ola bilməz. Dizaynerlər də nahaq yerə bu rəng çalarına bütün kolleksiyalarında yer vermirlər. Boz paltonu kostyum və eyni rəngli ayaqqabı ilə birləşdirin. Bu dəst boz kütlənin içində sizi mütləq fərqləndirəcək.
Qara buludlar
Qara rəngdən ibarət dəst yaratmaq heç kim üçün çətin olmayacaq. Çünki hər bir qızın qarderobunda kifayət qədər qara rəngdə paltar var. Başdan-ayağa qara geyinmək adətən, ətrafda pis assosiasiyalar yaradır, amma hər hansı bir aksesuarın köməyilə bu fikri tamamilə dağıtmaq olar.
Südlü qəhvə
Südlü qəhvə çalarları ilin istənilən fəslində aktualdır. Qəhvəyi plaş ilə eyni rəngdə köynək, yubka və ya şalvar yaxşı dost olacaqlar. Ən yaxşı halda başqalarının könlündən isti südlü qəhvə keçəcək.
Əlvan rənglərdən ayrılmayın
Şübhəsiz ki, hər kəsin özünün sevdiyi rəng var. Bu, göy, yaşıl, çəhrayı, bənövşəyi və ya sizə sevinc gətirən hər hansı rəng ola bilər. Əlvan rənglərin ahəngi həm sizin, həm də başqalarının əhval-ruhiyyəsini qaldıracaq. Bir sözlə, rənglərin sayəsində möcüzələr yaradın.
Aytən
-
Magazin201:11Türkiyədə elə pozalar verdi ki... - FOTO
-
Art00:15Xalq artistinin səhhətində problem yarandı - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Onlar həyatınıza girə bilərlər
-
Nəqliyyat18 İyun 22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin218 İyun 22:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin218 İyun 21:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial18 İyun 19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal18 İyun 19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI









.jpg)

.jpg)

























