Dəb
Hersoqinya türkiyəli dizaynerdən geyindi - FOTOLAR
Kembric hersoqinyası Keyt Middlton həyat yoldaşı Şahzadə Uilyam ilə birlikdə İngilis Millətlər Birliyi günü münasibətilə Londonda təşkil olunan mərasimdə iştirak edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ənənəyə görə Millətlər Birliyi günü martın ikinci bazar ertəsi qeyd edilir. Bu gün şərəfinə təşkil edilən mərasimə demək olar ki, kral ailəsinin bütün üzvləri gəlib.
Təbii ki, hər zaman olduğu kimi bütün nəzərlər daha çox hersoqinyaya yönəlib. Bunun da bir çox səbəbləri var. Çünki Keyt Middlton Böyük Britaniyada, o cümlədən dünyada ən yaxşı geyinən monarxlardan biridir. Bu səbəbdən Britaniya mətbuatı Keytin bütün obrazını ən xırda detallarına qədər təhlil edir.
Mərasim üçün Keyt Midllton türkiyəli dizayner Erdem Moralıoğlu imzasını daşıyan boz palto seçib. “Erdem” markasına aid olan palto 2500 funt sterlinq dəyərindədir. Məlumat üçün bildirək ki, Erdem Moralıoğlu hersoqinyanın ən çox sevdiyi və müraciət etdiyi dizaynerlərdən biridir.
Qeyd edək ki, dizaynerin sonuncu kolleksiyası digər şahzadə və kraliçaların da qəlbini fəth edə bilib. Belə ki, İngiltərə baş naziri Devid Kameronun xanımı Samanta Kameron da türkiyəli dizaynerin işlərini çox bəyənir.
Erdem Moralıoğlu Keytin belə bir əlamətdar gündə onun kolleksiyasından geyinməsini sevinclə qarşılayıb.
Aytən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
