Dəb
Yaz mövsümünün ən dəbli günəş eynəkləri – FOTOLAR
Yaz aylarında ən çox istifadə edilən aksesuar şübhəsiz ki, günəş eynəkləri olur. Artıq uzun illərdir ki, günəş eynəkləri gözləri və göz ətrafı dərini günəşin zərərli şüalarından qoruyan vasitədən çox dəb oyuncağı hesab edilir. Saatlarda olduğu kimi günəş eynəklərinin də artıq öz funksiyasını yerinə yetirməsindən çox geyimlə, ilin trendləri ilə uyğunluğuna önəm verilir.
Odur ki, eynək almazdan öncə Publika.az-ın məsləhətlərinə nəzər yetirin.
Adətən, yaz aylarında çərçivələri və şüşələri rəngarəng olan eynəklər dəbə minir. Maraqlıdır ki, moda dizaynerləri bu qaydanı pozmağa qərar veriblər.
Belə ki, bu il günəş eynəkləri əsasən qara rəngdə olacaq. Təbii ki, günəş eynəyi dedikdə ilk ağla gələn “Fendi”, “Ray Ban”, “Miu Miu”, “Chloe”, “Dolce & Gabbana”, “Prada” kimi brendlər öz ənənələrinə sadiq qalaraq qeyri-adi çərçivələrə və ya çərçivəyə yapışdırılan daş-qaş kimi detallara yenə üz tutublar.
Ancaq bu yaz mövsümü ötən illərdəkindən xeyli fərqlənəcək. Daha klassik seçimlər ön planda olacaq.
Ləman Sultan
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
