Dəb
Aşırmalı ətəklər bu ilin trendi olacaq – FOTOLAR
Dəb dünyasının məşhur dizayneri Diana Fon Furstenberqin icadı olan aşırmalı donlar ötən ilin tendensiyaları arasında xüsusi yer tuturdu. Xatırlayırsınızsa, bir neçə il əvvəl aşırmalı ətəklərin mini modelləri də dəb gündəmindən düşmək bilmirdi.
Publika.az xəbər verir ki, 2016-cı ildə aşırmalı donların midi variantları trend olacaq.
Dizaynerlər hər kəsin zövqünə uyğun aşırmalı ətəklər təklif edir. Belə ki, siz mağazalarda bu modelin həm dəri, həm zamşa, həm tivd parça, həm də digər materiallarından tikilən versiyalarına rast gələ bilərsiniz. Üstəlik, onların görünüşü də müxtəlifdir. Xüsusi qeyd etməliyik ki, aşırmalı ətəklərin qələm modeli onlardan ən aktualıdır.
Bu modellər eynilə qələm ətəklər kimi qadın seksuallığını önə çəkməyə kömək edəcək, önündəki yarıq isə bu effekti ikiqat gücləndirəcək.
Bundan başqa, ətəklərin qurşağındakı halqa şəklində toqqa da diqqəti cəlb edir. Bu nəfis dekor ətəyin ümumi cazibəsinə əlavə xal qazandırır.
Qələm ətəklərin rahat addım atmağa imkan vermədiyi üçün sağlamlığa zərərli olduğu iddia olunur. Aşırmalı donların önündəki yarıq bu maneəni aradan qaldırdığına görə xanımlar özlərini kifayət qədər rahat hiss edəcəklər.
Aşırmalı qələm ətəklər işgüzar xanımların üslubuna daha yaxındır. Qırmızı, yaşıl kimi rəngləri dəbdəbəli üst geyimləri ilə birləşdirərək axşam tədbirlərinə də uyğunlaşdırmaq mümkündür. Bu üstünlüyünə görə aşırmalı ətəklər universal geyimlər kateqoriyasına aid edilir.
Sözügedən ətək modelini dikdaban ayaqqabı ilə cütləşdirmək ən ağıllı üsuldur. Bu zaman aşırmalı ətəklərə layiq olduğu dəyəri vermiş olacaqsınız.
Aytən
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır















.jpg)























