Dəb
Məşhur dizaynerdən dəyərli məsləhətlər
Yeni mövsümünün gəlişi ilə əlaqədar məşhur dizayner Maykl Kors Rusiya mətbuatına müsahibə verib. Publika.az xəbər verir ki, dünya şöhrətli dizyaner qadınlara məsləhətlər verib. O, həm də nədən ilham aldığı barədə danışıb.
Dünya şöhrətli dizayner jurnalistin “Hər bir qadının qarderobunda neçə çanta olmalıdır?” sualına belə cavab verib: “Bu, sizin həyat tərzinizdən çox asılıdır, amma düşünürəm ki, ən az bir neçəsi zəruridir. Gündəlik istifadə üçün böyük, həcmli və düzbucaqlı formalı çantalar olmadan keçinmək olmaz. Belə çantalar həm gündəlik, həm də ofis stili üçün çox əlverişlidir. Həmçinin universal poçtalyon-çanta, uzun kəmərli torba-çanta, axşam təbdirləri üçünsə sadə klatç lazımdır”.
Maykl Kors onu nələrin ilhamlandırdığı barədə də danışıb. Dizayner həqiqətən çox incə və yaxşı geyinən, pərəstişkalarını hər dəfə öz çıxışları ilə heyrətləndirən məşhurların adlarını çəkib: “İdman tərzində geyinən, qlamur və seksual, lakin bir qədər etinasız görünən xanımları bəyənirəm. Ümumiyyətlə, xırdalıqlarına qədər düşünülməmiş, rahatlığın ön planda olduğu dəstlər daha çox xoşuma gəlir.
Məni ilk növbədə uşaqların tərbiyəsi ilə məşğul olan, karyera quran, eyni zamanda, səyahət edən və həyatdan zövq alan güclü qadınlar ilhamlandırır. Bleyk Layvli, Ancelina Coli, Keyt Hadson və Cennifer Lopes kimi ulduzları misal göstərə bilərəm”.
Dizayner “Dəb imperatriçəsi Diana Vriland” kitabının ona çox çox təsir etdiyini deyib. Onun sözlərinə görə, modapərəstlər bu kitabı mütləq oxumalıdır.
Maykl Kors demək olar ki, dünyanın hər bir ölkəsində tanınan istedadlı dizaynerdir. O, Amerikada yaşayır və işləyir.
Aytən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
