Dəb
Tanınmış dizayaner xəzə “YOX” dedi
Dünya şöhrətli dizayner Corcio Armani yeni kolleksiyaların hazırlanmasında təbii xəzdən istifadə etməyəcək.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner bu qərarı verməklə yüksək moda dünyasında yeni bir səhifə açır. Əvvəlki kolleksiyalarında dovşan və samur xəzlərindən istifadə etsə də, bundan sonra heyvanların öldürülməsinə qarşı çıxmağa qərar verib.
Corcio Armaninin sözlərinə görə, yeni texnologiyalar sayəsində süni xəzlər onlara alternativ olacaq. Yeri gəlmişkən qeyd edək ki, bu qərar moda evinin digər qolları “Armani Prive” və “Emporio Armani” üçün də keçərlidir.
Dizaynerin bu addımı atması heyvan hüquqları müdafiəçilərini sevindirib. PETA ("Heyvanlarla etik davranış tərəfdarı olan insanlar") təşkilatı isə moda dünyasının da heyvanların dostu olmasını mühüm addım kimi qiymətləndirib.
Xatırladaq ki, “Stella McCarney” də təbii xəzin istifadəsindən imtina edib.
Aytən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
