Dəb
Baharı rəngli çantalarla qarşılayın – FOTOLAR
Havaların soyuq keçməsi mövsüm dəbi ilə ayaqlaşmağa imkan verməsə də bəzi trendləri indidən tətbiq etmək olar. Məlum məslədir ki, belə soyuq havada nazik paltarda küçəyə çıxsaq, axırı yaxşı qurtarmayacaq. Amma aksessuar məsələsində çılğınlığa yol vermək olar.
Nədən başlayaq?
Publika.az xəbər verir ki, bu mövsüm al-əlvan rəngləri ilə göz oxşayan çantalar dəbdədir. Bütün aparıcı markalar yaz-yay ayları üçün bir-birindən maraqlı, rəngli çanta variantlarını təklif edirlər. Xüsusi ilə üstündə heyvan fiqurları, həndəsi naxışlar, insan sürətləri və.s qeyri-adi şəkillər çəkilmiş, eləcə də qotazlı və saçaqlı çantalar trenddir. Bel çantaları da 2016-cı ilin yay mövsümündə ən çox istifadə edilən modellərdən biri olacaq. Odur ki, gündəlik obrazları cəlbedici çanta ilə uyğunlaşdırırıq.
Mövsümün çanta dəbi o qədər dəlisovdur ki, hətta ən təvazökar modapərəstlər belə biganə qala bilməyəcək. Biz sadəlik tərəfdarlarına birrəngli kostyumları, cinsləri və digər istənilən neytral gündəlik dəstləri parlaq detallarla uzlaşdırmağı təklif edirik. Eksperimentlərdən çəkinməyən qızlar isə geyimlərinin aksessuarın rəngi ilə səsləşməsindən yəqin ki, böyük zövq alacaq.
Aytən
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
