Dəb
Napoleon pencəklərlə parlaq obraz yaradın! – FOTOLAR
Ən nüfuzlu moda evləri bir neçə ildir ki, hərb mövzusuna müraciət etməyi xoşlayır. Napoleon pencəklərin yenidən dəbə qayıtmasını da bu tendensiya ilə əlaqələndirmək olar.
İlk dəfə XIX əsrdə İngiltərə ordusunun geyindiyi bu pencəyi moda dünyasına 1960-cı illərdə “Yves Saint Laurent” markası gətirib. 1967-ci ildə əfsanəvi “Beatles”ın albom qapağı üçün qrup üzvlərinin məhz Napoleon pencəklə poza vermələri bu geyimin dəb aləmində özünəməxsus yer qazanmasına səbəb olub.
Bu il Napoleon pencəkləri hər yerdə görəcəyik. Ancaq belə pencək daha çox küçə dəbinə uyğundur. Dostlarla, sevgili ilə görüşərkən və ya alış-verişə gedərkən tərzinizi Napoleon pencəklə tamamlaya bilərsiniz.
Napoleon pencəklərin bir çox çeşidi mövcuddur. Bədən quruluşunuzu nəzərə alaraq uzun və ya qısa modellərə üstünlük verə bilərsiniz. Düyməli modellərlə yanaşı, tikməli Napoleon pencəklər də qadınlara çox yaraşır.
Aktuallığını qoruyan bohem tərzinə uyğun ətək və donları Napoleon pencəklə geyinmək olar.
İlham almaq üçün Publika.az-ın təqdim etdiyi fotolara nəzər yetirin.
Ləman Sultan
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
