Dəb
5 addımda Rihanna kimi görün! – FOTOLAR
Rihanna sadəcə mahnıları ilə deyil, həm də tərzi ilə dünyanı özünə heyran edən ulduzlardandır. Gözəl ulduz cəsur seçimləri və ən ağlagəlməz geyimləri bir-birinə yaraşdırması ilə moda dünyasına ilham verir. O, XX əsrin ən parlaq stil ikonalarından biridir. Siz də Rihanna kimi dəbli və ecazkar görünmək istəyirsinizsə, Publika.az-ın məsləhətlərinə əməl edin. Çünki sizin üçün Rihannanın stil sirrlərini araşdırmışıq:
Vazkeçilməz “crop-top”lar
“Crop-top”, yəni qısa maykalar Rihannanın küçə stilinin vaz keçilməzlərindən biridir. Riri bunları şalvarla geyinməyə üstünlük verir.
Dar cinslər
Rihanna son vaxtlar küçə stilində rahatlığı ön plana çəkib. Cazibədar ulduz qarderobunda üstünlük təkil edən dar cinsləri qara və ağ rəngli koftalarla geyinir.
Ked sevgisi
Rihanna rahat ked ayaqqabıları sadəcə gündəlik həyatda deyil, ən dəbdəbəli dəvətlərə gedərkən də geyinir. Gözəl ulduzun sayəsində zərif donlarınızı hündürdaban ayaqqabılarla geyinməkdən xilas olacaqsınız. Çünki Riri donlarını belə kedlə tamamlayır.
Günəş eynəkləri
Rihannanı günəş eynəyi olmadan təsəvvür etmək mümkün deyil. Müğənninin ən sevimli günəş eynəyi brendi “Dior”dur. O, qeyri-adi eynək modellərini sevir. Siz də Riri kimi günəş eynəyi sayəsində stilinizə rəng qata bilərsiniz.
Ləman Sultan
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi



































.jpg)
