Dəb
Artıq seksuallıq yox, təbiilik dəbdədir – FOTOLAR
Artıq seksuallıq dəbdə deyil, onun yerini rahatlıq və təbiilik tutub.
Publika.az xəbər verir ki, seksuallıq rəmzi sayılan dikdaban ayaqqabılar aktuallığını itirmək təhlükəsi ilə qarşı-qarşıya qalıb. Əvəzində isə rahat və altı düz ayaqqabılar dəbə minəcək.
Ked, krosovka və konverse dəbi
Son illərdə idman üslubunun dəbdə təsiri kəskin hiss olunur. Bu mövsüm bir çox brendlər kolleksiyalarında idman ayaqqabılarına geniş yer verməklə xanımları dikdabanda gəzmək kimi böyük əzabdan xilas ediblər. İncə dikdabanlar şübhəsiz ki, qadının ən gözəl aksessuarıdır. Lakin müasir qadının həyat tərzi, iş rejimi çox yükləndiyi üçün ayaqlar bütün gün dikdaban ayaqqabı üstündə dayanmaq gücünə malik deyil. Dizaynerlərin kolleksiyalarında altı düz ayaqqabılara üstünlük verməsi də bununla izah olunur. İdman ayaqqabılarına Rihanna, Kara Delevin, Cici Hadid kimi dəbli dünya ulduzları da pərəstiş edir. Belə ayaqqabılar gündəlik və ofis stili üçün çox əlverişlidir.
Baletkalar
Bu ayaqqabılar peşəkar balet rəqqasələrinin rəqs ayaqqabıları ilə oxşar olduğu üçün adını da oradan alıb. Müasir qadınlar baletkalarda özlərini çox rahat hiss edir və olduqca cəlbedici görünürlər. Axı onlar qadın yerişinə yüngüllük və sərbəstlik verir. Özü də baletkaları yaşından asılı olmayaraq, hamı geyinə bilər. Onlar istənilən yaşda ideal görünür. Bütün bunlarla bərabər baletkalar istənilən üslubla uyğunlaşan universal geyim olduğundan bu gün öz populyarlığının zirvəsini yaşayır və kolleksiyaların dəyişməz atributu olaraq qalmaqdadır. Qara və bej baletkalar hər rənglə uzlaşır, amma bahar fəsli olduğu üçün yaxşı olardı ki, rəngli variantlarına müraciət edəsiniz.
Kişisayağı ayaqqabılar
Bu mövsüm kişi üslubuna aid olan bir çox elementlər qadın qarderobunda əsas yer tutub. Kişi üslubuna xas olan, rahatlığı ilə seçilən oksford ayaqqabı modellərini də dizaynerlər kolleksiyalarına daxil etməyə qərar verib. Belə ayaqqabı modelləri cins şalvarlar, eləcə də sadə donlarla eyni dərəcədə effektli görünür.
Aytən
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı







































