Dəb
Mövsüm trendi: ağla qaranın vəhdətindən ilham alın – FOTOLAR
Ağla qara istənilən mövsümdə aktuallığını qoruyub saxlaya bilir. Bununla da məğlubiyyətsiz olduğunu sübut edir. Heç dizaynerlər də bu iki kontrast rəngi illərdir kolleksiyalarında istifadə eləməkdən yorulmurlar. Onların hər ikisi ayrı-ayrılıqda bütün rənglərlə ideal harmoniya təşkil edə bilir. Lakin qara ilə ağın birləşməsi də çox tez-tez üstünlük verilən çalarlardır.
Publika.az-ın dəb bölməsi bu yazıda modapərəstləri ruhlandıran ağ-qara dəstlər seçib.
Ağ-qara dəstlər həddən artıq ciddi görünür, bu səbəbdən də adətən məktəbli forması və ya işgüzar stil ilə assosiasiya olunur. Ağ və qara rəngdə geyinən adam görəndə də ifadələrimizə ikiqat diqqət edir və məsafə saxlamağa çalışırıq. Bəs ciddi və darıxdırıcı görünməmək üçün nə etməli?
Şirkət işçisinə oxşamamaq üçün ciddi fasonlardan qaçın, onun yerinə qeyri-adi kəsimlərə yönəlin. Əlbəttə ki, sizi əcaib göstərən, həddindən artıq qəribə fasonlar geyinməyi məsləhət görmürük. Sadəcə ekstravaqantlıqla sadəlik arasında balansı qorumağa çalışın.
Məsələn, ənənəvi düyməli ağ köynəyi qara şalvar tandemini əksinə tətbiq edin. Bu halda obraz daha cəlbedici və effektli alınacaq. Bu dəst istisnasız olaraq hər məkan üçün uğurlu seçim olacaq. Ayaqqabı seçimində siz tamamilə azadsınız, bu dəstin həm idman, həm də klassik modellərlə yaxşı görünəcəyindən arxayın ola bilərsiniz.
Yeri gəlmişkən, bir-biri ilə rahat uyğunlaşan ağ-qara çalarları romantik axşam görüşü üçün də uğurlu variantdır. Siz ağ-qara zolaqlı don seçə, yaxud qara donu qara dikdaban və ağ pencəklə tamamlayaraq dəbdəbəli obraz yaradacaqsınız.
Sonda yadda saxlayın ki, tamamilə qara rəngə bürünmək də məsləhət deyil. Qara rəngdən çox istifadə edərək əhval-ruhiyyənizi riskə ata bilərsiniz. Qara rəng bəzi vaxtlarda depressiyaya sala bilir. Qara rəng limitlə olaraq istifadə edilməlidir. Lakin qaradan fərqli olaraq, ağ rəngdən limitsiz istifadə edə bilərsiniz.
Aytən
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı










.jpg)










.jpg)


.jpg)


.jpg)
.webp)










