Dəb
Sadəliyi sevənlər üçün bahar dəstləri – FOTOLAR
Yumşaq çalarlı pastel rəngləri ilin istənilən vaxtı əhval-ruhiyyəni qaldırmağa qadirdir. Lakin etiraf etmək lazımdır ki, bu rənglər günəşli yaz və yay günlərində daha effektli görünür. Publika.az-ın dəb bölməsi xəbər verir ki, açıq rənglər mövsümün trendlərindən biridir.
Dəb cərəyanları hər mövsüm bizi qarderoba açıq rəngli geyimlər daxil etməyə dəvət edir. Bütün bunlar çox gözəl, çox cəlbedici və cazibədardır, amma kiçik problem var. Həm mövsüm trendləri ilə ayaqlaşmaq, həm də qüsursuz obraz yaratmaq üçün rənglərin ideal ahəngini və vəhdətini tapmaq lazımdır.
Çünki bəzən seçdiyimiz rəng bizə yaraşmır, yaxud sevdiyimiz rəngi başqa rənglərlə uğurlu şəkildə uzlaşdıra bilmir və bu yolla gözəlliyimizə xələl gətiririk. Əlbəttə ki, bu məsələdə təcrübə, stilist məsləhətləri sizə kömək edəcək, həmçinin moda jurnalları ilham mənbəyiniz olacaq. Biz modapərəst xanımların işini asanlaşdırmaq üçün bu yazıda müxtəlif çalarları bir-biri ilə mükəmməl şəkildə uyğunlaşdırmaq mövzusunda rənglərin cədvəlini təklif edirik.
Bənövşəyi
Bu çox xoş və incə çalardır, eyni zamanda, kifayət qədər cəlbedicidir. Bu nəcib rəngin açıq tonları mavi və açıq yaşılla birləşərək gözəl ahəng təşkil edir.
Açıq cinslə pastel rənglərinin vəhdəti
Cins şalvar çoxdan qarderobun icbari geyim statusunu alıb. Açıq cinslərin ağ, boz, zərif çəhrayı ilə vəhdəti çox şux və şən görünür.
Çəhrayı
Çəhrayını ən çox kiçik qızlar sevirlər. Balaca qızların qarderobunda ayaqqabıdan tutmuş saç lentlərinə qədər hər şey çəhrayı rəngdədir. Uşaqlığımızı xatırladan bu rəngdən böyüdükdən sonra üz çevirmək məcburiyyətində deyilsiniz. Bu rəng nə qədər qəribə olsa da idman üslubuna daha çox yaraşır. Açıq çəhrayının ağ, boz və ya bənövşəyi ilə birləşməsi 100% əla alınır.
Mavi
Soyuq mavi ilə digər pastel rəngi bir-biri ilə yaxşı yola gedən rəng qruplarına daxildir. Ümumiyyətlə, açıq mavi ilə istənilən rəngin birləşməsi çox ecazkar alınır.
Açıq qəhvəyi
Qəhvəyi çalarlarını cəsarətlə ölməz klassikaya aid etmək olar. Açıq qəhvəyi romantik bahar obrazı yaratmaq üçün ən uğurlu seçimdir.
Füruzə
Qəhvəyi ilə firuzə çalarlarını birlikdə istifadə etmək yaxşı variantdır. Bu iki rəng birlikdə çox zərif, eyni zamanda, təravətli görünür.
Limon sarısı
Dizaynerlər bu mövsüm sarının ən açıq variantını təklif ediblər. Sarının mavi, həmçinin bozla vəhdəti obrazın uğurlu alınmasına dair zəmanətdir.
Aytən
-
Nəqliyyat22:35İldırımlı havaya görə AZAL-ın bu uçuşları LƏĞV OLUNDU
-
Magazin222:12Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar









.jpg)

.jpg)

























