Dəb
Baharı çiçəklərlə qarşılayırıq – FOTOLAR
Moda ilə rəssamlıq hər keçən gün bir-birinə daha da yaxınlaşır. Modelyerlər yeni kolleksiyalarını müxtəlif rəsm əsərlərindən ilham alaraq yaradırlar. Buraya müxtəlif gül-çiçək naxışları və təsvirləri də daxildir. Odur ki, bu baharın pozitiv enerjisini stilinizdə də hiss etdirməyə hazır olun.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, qızılgül, çobanyastığı, yasəmən, nərgiz və çiçək naxışları, eləcə də yarpaq təsvirləri bahar dəbinin ana xəttini təşkil edir. Belə paltarlar mövsümün trendləri arasında özünəməxsus yer tutur. Yaz havası, təbiət, gül-çiçək naxışları geyimlər üzərinə köçürülür və nəticədə göz oxşayan romantik dəstlər yaranır.
Gül-çiçək naxışları ilə işlənmiş paltarlar bir qədər qarışıq olduğu üçün onu uyğunlaşdırmaqda çətinlik çəkə bilərsiniz. Bu tərz geyimlər ilk baxışda çox nizamsız görünsə və fikirlərimizi qarışdırsa da əyində gözəl qalır. Üstəlik, rəngarəng çiçək naxışları ilin bütün yorğunluğunu üzərinizdən atıb, sizi sanki təbiət qoynunda səyahətə aparır. Xüsusən də həftə sonlarında gül-çiçək təsvirli geyimlərdə gəzmək xanımlara xüsusi zövq verəcək.
Gül-çiçək motivləri bu il ayaqqabı, çanta, saç bantları, şərflər, hətta şalvarları və şortları da işğal edib. Çiçək naxışlarına daha “Dolce Gabbana”-nın kolleksiyasında, həmçinin demokratik brendlərin mağazalarında da rast gələ bilərsiniz.
Aytən
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi



































.jpg)
