Dəb
Mövsümün ən dəbli trendi: klyoş yubkalar – FOTOLAR
Retro üslubunun qayıdışı nə modapərəstlər, nə də dizaynerlər üçün sürpriz olmadı. Retrosayağı, çox geniş yubkalar və donlar podiumları yenidən işğal edib. Müasir qadın qarderobunu ətəklər olmadan təsəvvür etmək çətindir. Yazın gəlişi münasibəti ilə hər bir qız qarderobuna yeni klyoş donlar və yubkalar əlavə edir. Biz onları həm ofisə, həm romantik görüş, həm həftəsonu gəzintilərə, həm də müxtəlif tədbirlərə gedəndə böyük məmnuniyyətlə geyinirik.
Publika.az xəbər verir ki, klyoş yubkalar 2016-ci ilin ən dəbli və ən seksual trendi hesab edilir. Klyoş fransız sözü olub, tərcümədə zınqırov deməkdir. Bu tərz yubkalar müxtəlif ola bilər, lakin onların midi variantı hazırda daha aktualdır. Klyoş yubkalar küləkli havada sizə tabe olmaya bilər, lakin obrazın romantik alınmasından şübhə etməyə bilərsiniz. Hər halda üzərinizdə vəcdə gəlmiş kişi baxışlarını dəqiq hiss edəcəksiniz. Bu model çox incədir, deməli, kişi fantaziyasını işə salıb onu daha çox həyəcanlandırır. Belə mürəkkəb fason əlavə detallar tələb etmir və qadın bədən quruluşunu valehedici göstərmək kimi vacib məsələnin öhdəsindən özü çox gözəl gəlir. Klyoş yubkaların daha bir üstünlüyü öz populyarlığını heç vaxt itirməməsidir. Onlar modapərəstliyə iddialı olan hər bir xanım qarderobunda çoxdan öz yerini möhkəmlədib.
Əgər əvvəllər ətəkləri ancaq klassik ayaqqabı ilə geyinməyə icazə verilirdisə, indi stilistlər onu müxtəlif ayaqqabı modelləri ilə birləşdirməyi təklif edirlər. Bu da o deməkdir ki, klyoş yubkaları hətta idman ayaqqabıları ilə asanlıqla uyğunlaşdırmağa haqqınız var.
Aytən
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
