Dəb
Mövsüm dəbi: daha az yorğunluq, daha çox sürət – FOTOLAR
Artıq neçə ildir ki, tanınmış stilist və dizaynerlər hamını dəb dünyasının köhnəlmiş qaydalarına tabe olmamağa səsləyir. Məsələn, əvvəllər idman ayaqqabıları ilə klassik geyimləri bir-birinə uzlaşdırmaq böyük qəbahət sayılır, hətta gülüşə səbəb olurdu. İndi isə belə qaydalar heç bir əhəmiyyət kəsb etmir və heç kim üçün sirr deyil ki, idman ayaqqabıları istənilən üslubla əla uyğunlaşır.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, həmişə olduğu kimi ağ idman ayaqqabıları bu il də dəb zirvəsini işğal edib. Bununla bərabər yeni mövsümdə yazın enerjisini əks etdirən, rəngarəng və çiçəklərlə bəzədilmiş variantları da modapərəstlərin könlünü fəth etməyə iddialıdır.
Bəlkə, siz bu stilə hələ də alışmamısınız, amma yadda saxlayın ki, stereotipləri dağıtmaqla özünüzə olan inamınız artacaq, ən azından daha az yorulacaq və addımlarınız daha sürətli olacaq. Həmçinin kedlərin, sneakerlerin ətək və donların altında möhtəşəm duruşu inkar edilə bilməz. Qələm, klyoş, uzun və ya qısa ətəklərlə uzlaşdırdığınız rəngli idman ayaqqabıları sayəsində stiliniz daha dinamik olacaq. İdman ayaqqabıları ilə donları birləşdirmək mühafizəkarlara mənasız görünsə də birlikdə çox uğurlu alınır. Məsələ burasındadır ki, dikdabanla don və ya ətəyin birləşməsi rahat deyil. Bu baxımdan, idman ayaqqabıları çox komfortludur.
İdman ayaqqabılarını romantik və ya klassik bir geyimlə geyinməyə qərar vermisinizsə, ciddi məşqlər üçün nəzərdə tutulan ked və krosovkadan uzaq olun və daha qeyri-standart modellər seçin. Bu məsələdə satıcılardan kömək istəməyə utanmayın. Onlar sizə hansı ayaqqabının gəzinti, hansının məşq üçün nəzərdə tutulduğu haqqında dəqiq məlumat verəcək.
Aytən
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
