Dəb
Romantikanı sevən gəlinlər üçün çələng dəbi – FOTOLAR, VİDEO
Toy mövsümü yaxınlaşır. Bu da o deməkdir ki, gəlin namizədləri artıq toy hazırlıqlarına başlayıb. Publika.az xəbər verir ki, artıq yerə qədər uzanmış duvaqlar, təmtəraqlı taclar dəbdə deyil. Onların yerini bohem üslubunun əsas elementlərindən biri sayılan, romantik gül çələngləri tutub. Canlı güllərdən hazırlanmış çələnglər daha zərif və təbii gəlin obrazı yaradır, həmçinin istənilən gəlinlik paltarı ilə gözəl vəhdət təşkil edir.
Xaricdə çiçəklərlə bəzənmiş gəlin tacları çoxdan dəbdədir. Artıq bir neçə ildir ki, çələnglər ölkəmizdə də dəbə minməyə başlayıb. Bu ənənənin əsasını Monako şahzadəsi Andrea Kaziraqiyə ərə gedən Tatyana Santo-Donimqo qoyub. O, təmtəraqlı gəlin paltarı və gözqamaşdıran taclardan imtina etmiş, əvəzində çox sadə bir don seçmişdi. Aksessuar olaraq romantik obrazını tamamlayan gözəl çələng taxmışdı. Uzun müddət bir çox dəb jurnallarının səhifələrindən düşməyən Tatyana Santo-Donimqonun gəlinlik obrazı indiyədək bir çox qızın ilham mənbəyi olmağa davam edir.
Çələnglərin vasitəsi ilə axtarışında olduğunuz unikal və təkrarolunmaz gəlin obrazı yaratmaq çox asan olacaq. Xəyalarınızdakı çələngi tapmaqda çətinlik çəkirsinizsə, onu özünüz hörə bilərsiniz. Onu hazırlamaq üçün sizə sadəcə gül lazım olacaq, həm də ucuz başa gələcək. Güllərin hansı növdə olması artıq sizin öz ixtiyarınıza buraxılır. Çələng üçün tamamilə fərqli güllər seçmək olar. Əmin olun ki, onların hər biri heyranedici görünəcək. Onu siz gəlin buketinə uyğun seçə bilərsiniz.
Çələnglər ölçüsünə görə müxtəlif: kiçik, orta və böyük ola bilər. Kiçik çələnglər saçda ahəngdar görünür, bununla belə çox da nəzərə çarpmır. Bu aksessuardan istifadə etdikdə saçlar adətən olaraq açıq qoyulur. Lakin istəyə görə, sadə saç düzümləri yığdırmaq olar. Məsələn, hörüklərin fonunda çələnglər mükəmməl və maksimum təbii görünür.
Böyük çələnglər üz cizgilərini vurğulamaq istəyənlərə, eləcə də gülləri sevənlərə çox yaraşacaq. Belə variantda gəlin çox tez diqqət çəkir, ona görə də gəlin paltarının və digər akessuarların sadə olması da daha yaxşıdır.
Aytən
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
















.jpg)























