Dəb
Balerina ətəkləri yenidən dəbdədir – FOTOLAR
Balerina yubkalarının istənilən uzunluqda və rəngdə təqdim olunmuş variantları yenidən trendlər siyahısındadır. Publika.az-ın dəb bölməsi xəbər verir ki, bir çox moda evləri bu mövsüm xanımların balerina olmaq arzusunu reallaşdırmaq qərarına gəlib.
Ağ tüldən tikilən, belin incəliyini vurğulayan qabarıq yubkalar mücrüdə dayanan, ancaq musiqini işə salanda fırlanan balerina fiqurunu xatırladır. Belə yubkalar səhnədə son dərəcə qəşəng görünür və rəqsin ayrılmaz elementi kimi çıxış edir. Zərif və çevik hərəkət etməyə imkan verən, biçimli ayaqların gözəlliyini vurğulayan bu yubka modeli heç kimə sirr deyil ki, əvvəllər yalnız rəqqasələr üçün tikilirdi.
Balerina yubkaları bir qayda olaraq nazik yarımşəffaf, şifon, tor və tül kimi yüngül materialdan hazırlanır. Yəqin bu səbəbdəndir ki, əvvəllər qadınlar gündəlik həyatda belə paltar geyinmək haqqında düşünmürdü. Müasir modapərəstlər isə balerina olmağın əleyhinə deyil. Çoxqatlı ətəklərin hər ötən gün getdikcə daha çox populyarlaşması və qadın qarderobuna daxil olması bunun əyani sübutudur.
Balerina üslubunda baş rolu şəffaf tüldən tikilən təmtəraqlı yubkalar oynayır. Bu cür yubkaları internet mağazalarda “tutu skirt” adı ilə də tapa bilərsiniz. Bu gün dəbdə olan itiburunlu, ipli və biləklərə bağlanan baletkalar, yaxud bədənə yapışan kip bodilər modapərəst xanımlara balerina tərzini təkrarlamağa geniş imkan verir. Əgər balerina tərzi sizin stilinizə yaxın deyilsə, onda baletkaları slipon idman tərzi ayaqqabılarla, bodiləri isə bol maykalarla əvəz etmək olar.
Rəng seçimi barədə qətiyyən narahat olmayın, sizə əla xəbərlərimiz var. Məsələ ondadır ki, balerina ətəklərinin müxtəlif rəng qamması hətta ən şıltaq modapərəstləri də sevindirəcək. Balerina yubkalarının əsas xüsusiyyəti odur ki, bəzək funksiyasını o, özü yerinə yetirir. Yəni belə yubka geyindikdə xüsusi bər-bəzəyə ehtiyac qalmır. O, son dərəcə parlaq və bənzərsiz obraz yaradır, ona görə də ona aksessuarları ehtiyatla seçmək lazımdır. Nazik boyunbağı və üzük kifayət edir.
Aytən
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı










.jpg)













.jpg)

.jpg)

.webp)











