Dəb
Zak Posen: “Mişel Obama ən yaxşı müştərimdir”
Dünya şöhrətli dizayner Zak Posen ABŞ-ın birinci xanımı Mişel Obamanın onun ən yaxşı müştərisi olduğunu deyib.
Publika.az xəbər verir ki, dizayner açıqlamasında özünün şəxsi brendini yaratmağı çoxdan arzuladığını deyib: “Şəxsi markamı qurmazdan əvvəl yaxın dostlarım üçün paltarlar tikirdim. Daha sonra öz brendimi qurmağa qərar verdim. Mənə tez-tez hər kəs "Sizin kimi gənc bir insanın bu qədər məşhur olmasının sirri nədir?" deyə soruşur. Bunun səbəbi çox sadədir. İlk gündən bəri öz qəlbimin səsini dinlədim, öz yolumla getdim”.
Dizayner ən yaxşı müştərisinin Amerikanın birinci xanımı Mişel Obama olduğunu deyib: “Təbii ki, məşhurları geyindirmək hər dizayner üçün yaxşı reklamdır. Ancaq onları həqiqətən də heyrətləndirəcək yaxşı işləriniz yoxdursa, niyə sizin yanınıza gəlsinlər? Uma Turman, Mişel Obama, Qvinet Paltrou və Naomi Vatts, Claire Danes və Natali Portman ən sadiq müştərilərimdir”.
Güclü və özünə inamlı qadınları “Mənim qadınlarım” adlandıran Zak Posen yaxın vaxtlarda “Brooks Brothers” markası ilə əməldaşlığı nəticəsində hazırlanmış kolleksiyanın təqdimatı üçün İstanbula gedəcək. Zak Posen xarici mətbuata verdiyi açıqlamada İstanbulun onun üçün özəl şəhər olduğunu deyib.
Aytən
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
















.jpg)























