Dəb
Yay gələnə qədər bizə hamilik etməyi öz öhdəsinə götürən çalar – FOTOLAR
Bahar palitrasını günəşin rəngi olmadan təsəvvür edə bilmərik. İsti, müsbət və ürəkaçan limon sarısı son dövrlərdə olduqca populyardır. Xüsusilə naxışlarda tez-tez üzləşəcəyimiz bu rəng tonu yay gələnə qədər bizə xoşbəxtlik bəxş etməyi öz öhdəsinə götürüb. Çünki günəş çalarları – xoşbəxtlik, sevgi və müsbət emosiyalarla assosiasiya edilir. Məlumat üçün onu da bildirək ki, bir çox ölkələrdə sarı uğur, tərəqqi, firavanlıq rəmzi hesab olunur.
Əgər siz gün işığına ehtiyac duyursunuzsa, qarderobunuza sarı çalarlar əlavə etməklə onun yerini asanlıqla doldura bilərsiniz. Bu rəng həm əhval-ruhiyyəni qaldıracaq, həm də sizi boz kütlədən fərqləndirəcək. Publika.az-ın dəb bölməsi modapərəstlər üçün sarı rəngdən düzgün istifadə etməyə dair bir neçə ipucu təqdim edir.
Ağ + sarı
Ağ istənilən rəng palitrası ilə uyğun gələn universal rənglərdən biridir. Ağla sarının birləşməsini zarafatla bəzən “qlazok” da adlandırırlar. Əgər təbiət bu iki rəngi qovuşdurubsa, onların uyğunluğu barədə şübhə yeri qalmır.
Sarı + təmtəraqlı biser
Uzun sarı donu biser işləmələrlə göz oxşayan, təmtəraqlı pencəklə birləşdirin. Belə bir obrazın melanxolik qızlara yaraşmayacağı dəqiqdir, ancaq gülərüzlü, şən qızlar yüz faiz ətrafdakıların məftun baxışlarını üz üzərinə çəkəcək.
Sarı + qara
Əgər məşhur mobil şirkətlərin əməkdaşı kimi görünməkdən qorxusunuzsa, onda böyük rəng blokları yaradın. Məsələn, qara dəri gödəkcə və ya həcmli kardiqanı (yaxalıqsız qalın materialdan tikilən jaket), kişisayağı ayaqqabı və çanta ilə uzlaşdırın, baza geyimi olaraq sarı don seçin. Zərif qadın üslubu ilə kişisayağı tərzin vəhdəti hər zaman effektli görünür və bu zaman heç kim sizin şirkət işçisi olduğunuzu düşünməyəcək.
Sarı + qəhvəyi
Sarı ilə qəhvəyi çalarlarının birləşməsi çox təbii görünür. Sarı alabəzək köynəyi cəsarətlə şokolad çalarlı şalvarla uzlaşdırmaq olar. Yeri gəlmişkən, belə köynək qələm ətək və ya qəhvəyi rəngdə sarafanla da yaxşı təsir bağışlayır. Hər iki rəngin vəhdəti fakturalarla oynamağa geniş imkan yaradır. Məsələn, dəri və ya yun, pambıq və ya ipəyi bir obrazda istifadə eləmək olar. Belə dəstdə siz çox tərzli görünəcəksiniz, ən əsası sizdən heç kim baxışlarını çəkə bilməyəcək.
Sarı + yaşıl
Sarını yaşılla uzlaşdırmaqdan qorxmayın. Tərəddüd edirsinizsə, yaşıl çəmənləri bəzəyən sarı çiçəkləri yada salın.
Sarı + rəngli naxışlar
Təmtəraqlı printlər sarı ilə birləşdikdə çox ahəngdar görünür. Amma yadda saxlayın ki, bütün detalların printli olması məqsədəuyğun deyil.
Sarı + yaşıl + ağ
Bu 3 rəngin vəhdəti daha bir əla nümunədir. Ağ fonunun köməyi ilə sarı və yaşıl arasında balans yaratmaq olar. Şən yay obrazı yaratmaq istəyirsinizsə, bu rənglər üzərində düşünməyə dəyər.
Monoxrom
Sarı rəngli paltar gözəl ideyadır, lakin bu zaman qeyri-adi biçim və dekora diqqət yetirin. Başdan-ayağa eyni rəngə bürünmüsünüzsə, aksessuarların uğurlu olması çox vacibdir: Qeyri-adi sırğa, qolbaq və ya minimalist üzük ola bilər.
Sarı + ağ-qara zolaqlar
Dəniz üslubunu yada salan ağ-qara zolaqları sarı ilə uyğunlaşdırmaq qeyri-adi dəst yaratmaq üçün yaxşı ideyadır. Buraya göy rəng də əlavə etmək olar. Tünd göylə sarı çoxdan klassika sayılır.
Sarı + cins
Sarı ilə cinsin birləşməsini universal və ən uğurlu vəhdət adlandırmaq olar. Qalın cins gödəkçələr üzərinə işlənmiş qeyri-adi sarı applikasiyalar sarı yubka ilə əla görünür. Burada vestern (özündə komediya, detektiv, döyüş, triller, fanstastik janrın xarakterik xüsusiyyətlərini birləşdirən üslub) üslubunun əlamətlərindən də bəhrələnmək olar.
Aytən
-
Magazin114:24Rəqsanə həbsdən sonra tanınmaz halda - FOTO
-
Rəsmi xronika13:40İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 12:46İlham Əliyevlə Putin arasında telefon danışığı - Nələr müzakirə olunub?
-
MDB12:00Peskovun həyat yoldaşı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir? - Məhkəməyə üz tutdu
-
İdman11:24Dünyanın ən seksual voleybolçusu bu FOTOLARLA fanatlarını dəli etdi
-
Dünya10:54Son dəqiqə: Netanyahu Trampla görüşə bilmək üçün Qəzza ilə bağlı qərarı təsdiqlədi
-
Sosial10:44Bu şəxslərə 3 il müavinət ödəniləcək
-
Nida Xəbər 10:27TƏBİB-in icraçı direktoru bu komissiyadan çıxarıldı










.jpg)











.jpg)

.jpg)



.webp)










