Dəb
Dünyanın ən zövqlü kişiləri kimlərdir? – FOTOLAR
Amerikanın “GQ” jurnalı ən yaxşı geyinən məşhur kişilərin siyahısını hazırlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Rayan Reylands, Tom Hardi, Eddi Redmeyn, Laki Blyu, Dreyk, Harri Staylz ən yaxşı geyinən məşhur kişilər siyahısında liderlik atıb.
Rayan Reynoldsun bu sıyahıya düşmək üçün təkcə göy kostyumu və hiyləgər təbəssümü kifayət edir. Məsələ ondadır ki, yaraşıqlı aktyor bu kostyumu sayəsində stilistlərin müsbət rəylərini qazana bilib.
Bir çox məşhur önəmli dəvətlərdə qüsursuz görünmək üçün stilist köməyindən bəhrələnir, amma hamıda effektli görünmür. Məsələn, Eddi Redmeyn stilistlərin məsləhətlərinə əməl etsə də, öz müdaxilələrini də edir. Dəb tənqidçilərinin fikrincə, o gənclər arasında ən yaxşı geyinən aktyordur.
Laki Blyunun dəbdən yaxşı anlaması və bu siyahıya düşməsi təəccüblü hadisə deyil. Çünki o, tanınmış modeldir. Yaraşıqlı sarışın bu məsələdə təvazökarlıq edir: “Mən heç vaxt yaxşı görünməyə can atmıram. Güzgüyə baxanda sadəcə olaraq öz dostları ilə deyib-gülmək, doyunca əylənmək istəyən 17 yaşlı oğlan görürəm.
Tanınmış reper Dreyk komfortu dəbdəbəndən üstün tutanlardandır, seçdiyi geyimlər hərəkətlərini məhdudlaşdırmır və özünü tam sərbəst hiss etməyə imkan verir. Lakin bu, ulduzun dəbli görünməsinə mane olmur. Onun qarderobu həm səhnə üçün, həm də idman zalına getmək üçün əlverişlidir: “Harasa gedəndə geyimlərin bir-biri ilə uyğunlaşması üzərində baş sındırıb, buna əlavə vaxt itirmirəm. Geyim tərzim dəyişməzdir, mən həmişə istənilən yerdə və zamanda rahatlığa üstünlük verirəm”.
Aytən
-
Magazin221:00Türkiyədə daha 8 məşhurun BAŞI DƏRDDƏ
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR









.jpg)

.jpg)

















.webp)








