Dəb
Corabla tufli geyinmək dəbi – FOTOLAR
Tufli və ya bosonojkanı (açıq tufli) corabla geyinmək yeni xəbər deyil. Hələ sovet dövründə modapərəstlər bosonojka ilə corab geyinməyi çox xoşlayırdı. Amma tezliklə bu dəb sıradan çıxdı, hətta pis zövq əlaməti sayıldı. Buna baxmayaraq, illər sonra dünyanın ən tanınmış dizaynerləri sözügedən dəbi yenidən öz kolleksiyalarında istifadə etməyə qərar verdilər. Bununla da dəb tarixinin qaranlıq səhifələrində itmiş trend yenidən peyda oldu.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, unudulmuş retro-trend artıq neçə ildir ki, dəb gündəmini zəbt edib. Corabın rəngi geyim və ayaqqabının rəngi ilə bütünlük təşkil etməlidir. Geyimlə eyni tonlarda, yaxud zidd rənglər də seçə bilərsiniz. Lakin ümumi görüntünü pozmamalı və göz yormamalıdır. Corabın materialı rəngi solmamış, süzülməyən və incə ipdən toxunması çox önəmlidir.
Corabla bosonojka tendensiyasının yenidən aktual olmasında “Prada” moda evinin böyük rolu olub. Brendin kreativ dizaynerləri bir neçə il əvvəl futbolçu corabları ilə bosonojkaları birlikdə geyinməyi təklif etmişdi. Bu, ilk vaxtlar mühafizəkar modapərəstlərin sərt tənqidinə məruz qalsa da, cəsarətli qızların xoşuna gəlir. “Prada” brendi onların yaradılmasına çox məsuliyyətlə yanaşır. Qadın zərifliyini vurğulamaq üçün dizaynerlər bəzi modelləri strazlarla və iri daşlarla bəzəmişdi.
Karl Lagerfeldsə hesab edir ki, corablar monoxrom obrazla xüsusilə xoş təsir bağışlayacaq. Onun fikrincə, uzun, pambıq corab və ya getr istənilən obrazı gözəl tamamlayır və ayaqları vizual olaraq uzun göstərir. Kuturye belə obrazları yalnız gündəlik üçün deyil, həm də ofis üçün təklif edir.
Qara corab
Tünd yaşıl, qara və boz corablar bu bahar xüsusi ilə trenddir. Qara corablar istənilən rənglə, xüsusi ilə gümüşü və qızılı ayaqqabı ilə əla uzlaşır. Əgər corabda dekor və ya naxış varsa, ayaqqabının həmin rəngdə olmasına diqqət edin. Yeri gəlmişkən bosonojka ilə şəffaf corab tabusunu yıxın. Belə görünür ki, dizaynerlər şəffaf corabla ayaqqabı qadağasını ləğv edib.
Ağ corab dəbi
Əgər siz ekstremal dəyişikliyə cəsarət etmirsinizsə, ağ corablar uğurlu variantdır. Belə corablar qara, gümüşü, parlaq, heyvan printli ayaqqabı ilə çox yaxşı görünür. Ağ corabla üstəgəl eyni rəngli ayaqqabının vəhdəti də çox yaxşı ideyadır. Başqa bir variantda ayaqqabını üst geyimlərindən birinə uyğun seçmək və sadə gözəllik yaratmaq olar.
Rəngli corablar
Müxtəlif rəngli corablar gümüş, bej, qara və ya ya kontrast rənglərlə uğurlu alınır. Üst və aşağı geyimlər tamamilə fərqli rəng qammalarda da ola bilər. Məsələn, qara paltarla narıncı corab və tünd rəngli ayaqqabı seçin. Bəzi dizaynerlər corabları iki müxtəlif rəngdə geyinmək təklif edir. Onları həm tufli, həm də bosonojka ilə geyinə bilərsiniz. Yaşıl və qırmızı kimi diqqət cəlb edən corabları sakit çalarlarla uyğunlaşdırın.
İdman üslubunda corab
İdmançı corabları da mövsümün hitləri siyahısındadır. Corabla paltardakı zolaqların birləşməsi meqa-dəbli obraz yaradacaq.
Güllü corablar
Güllü corablar bahar mövsümü üçün rahat və gözəl dekor olacaq. Naxışlar obrazdakı hər hansı bir geyimlə vəhdət təşkil etməlidir
Dizə qədər uzanmış corablar
Dizə qədər uzanmış corablar idman ayaqqabıları ilə daha çox yaraşır.
Aytən
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi





































.jpg)
