Dəb
Ayaqları uzun göstərən dəb hiylələri - FOTOLAR
Demək olar ki, hər bir qız boyunun nə qədər olmasından asılı olmayaraq, uzun ayaqlar arzusundadır!
Publika.az-ın dəb bölməsi bu yazıda modapərəstləri ayaqları vizual olaraq uzun göstərən hiylələrlə tanış edib.
Asimmetrik kəsim
Asimmetrik kəsimli yubkalar ayaqlarını uzun göstərmək istəyən modapərəstlər üçün əsl tapıntıdır. Belə fason nəinki ayaqları vizual olaraq uzadır, həm də mövsüm trendlərindən biridir.
Bej rəngli ayaqqabılar
Ətrəngi ayaqqabılar ən yaxşı sərmayədir, onlar istənilən paltarla uzlaşır, üstəlik ayaqları qamətli göstərir. Burada diqqət edilməli əsas məqam ayaqqabının düzgün seçilməsidir, o, sizin dəri rənginizə maksimum yaxın olmalıdır. Bu halda (xüsusilə stiletto modeli) hiylə yüz faiz işləyəcək!
Hündürbel
Hündürbel yubka və şalvarlar artıq neçə ildir ki, ardıcıl olaraq populyardır. Hündür belli fasonlar qadın bədən quruluşunu qum saatı formasına yaxınlaşdıraraq onu daha incə edir, həm də ayaqları "uzadır".
Zolaqlar
Rəngli zolaqlar bu baharın daha bir əsas dəb tendensiyasıdır. Odur ki, şaquli rəngli şalvar, dar ətəklər və paltarları diqqətdən kənar qoymayın. Əvəzində onlar sizin bu diqqətinizi layiqincə qiymətləndirib ayaqlarınızı uzun göstərmək arzunuzu reallaşdıracaq. Ümumiyyətlə, göz illüziyası həqiqətən işləyir. Daha bir vacib məqam: zolaqlar çox dar olmamalıdır, əks halda "möcüzə" olmayacaq!
Klyoş şalvar + dikdaban
Ayaqları daha nə cür uzun göstərmək olar? Klyoş cins şalvarlar da qaynar trendlər siyahısına daxildir. Bundan başqa, onlar ayaqları vizual olaraq uzadır. Effekti ikiqat artırmaq üçün onu hündürdaban ayaqqabı ilə uzlaşdırın. Miniatür qızlar üçün çox gözəl ideyadır!
Tək rəng
Başdan ayağa bir rəngdə geyinmək bədəni vizual olaraq uzun göstərir. Belə dəstələr istənilən tipli bədən quruluşuna çox gözəl yaraşır. Tünd göy, boz və ya neytral rəng qammasına üstünlük verməyiniz daha yaxşı olardı.
Rəng bloku ilə qum saatı effekti
Rəng blokunun sayəsində qum saatı effekti yaradan paltarlar nöqsanları vizual gizləyir. Belə ki, geyim gözləri aldadaraq onun sahibini daha uzun göstərir.
Mini yubka və donlar
Dizdən yuxarı fasonlar ayaqları uzun göstərmək üçün gözəl ideyadır. Bu, daha zərif siluet yaratmaq üçün ən sadə üsuldur. Güclü effekt əldə etmək üçün qısa, qara paltar seçin.
Aytən
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR













.jpg)


.jpg)





















