Dəb
Yay mövsümündə bu naxışlar göz oxşayacaq - FOTOLAR
Bu il bizi rəngarəng, çılğın bir yay gözləyir. Ən azından məşhur moda evlərinin təqdim etdikləri kolleksiyalar bunu deməyə əsas verir. Lakin dəbli görünmək üçün ilin rəng çalarlarını bilmək kifayət etmir.
Publika.az sizin üçün mövsümün ən trend naxışlarını araşdırıb. Bu tövsiyələrdən xəbərdar olmadan alış-verişə çıxmayın!
Çiçək naxışı
Bu naxışları ayaqqabıdan günəş eynəyinə, çantadan pencəyə kimi hər yerdə görə biləcəyik. “Dolce&Gabbana”nın günəş eynəkləri, “Sophia Webster”in klatçları, “Gucci”nin dəri pencəkləri, “Fendi”nin isə hündürdaban ayaqqabıları “çiçək açacaq”.
Heyvan naxışları
Heyvan naxışları və fiqurları bu il heç olmadığı qədər populyardır. Artıq həyatımızın bir parçasına çevrilən leopard və piton naxışları ilə yanaşı bu il fil, at, şir, pişik və zürafə naxış və fiqurları da qarşımıza çıxacaq. “Versace”, “Roberto Cavalli”, “Gucci” və “Valentino” kimi məşhur markaların kolleksiyalarında heyvan detalları yer alıb. Odur ki, siz də bu yay heyvan fiqurlarına şans verə bilərsiniz.
Həndəsi, nizamsız cizgilər
İncə və ya qalın, eninə və ya uzununa – fərqi yoxdur, bu il cizgilər olduqca dəbdədir. Xüsusilə də, üzərində həndəsi fiqurlar və nizamsız cizgilər olan çantalar küçə stilinin əsasını təşkil edəcək. Belə geyim və aksessuarları sadə parçalarla uyğunlaşdırmaq lazımdır. Odur ki, başdan ayağa həndəsi fiqurlara bürünməyi ağlınızdan belə keçirməyin.
“Tie‐dye” naxış
Bu rəngarəng naxışı çimərlik geyimlərində, çantalarda, hətta pencək və ətəklərdə də görmək olacaq. Bu il “Emilio Pucci” markasının kolleksiyasında əsasən belə naxışlı geyimlər yer alıb.
Dama-dama
Bu naxış ötən il də xeyli sevilmişdi. 2016-cı ilin yay mövsümündə yüksəlişini davam etdirəcək. Dəbli görünmək istəyirsinizsə, dama-dama parçadan tikilmiş, parlaq rəngli geyimlər alın. Qırmızı rəng isə ən yaxşı seçim hesab edilə bilər.
Ləman Sultan
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR









.jpg)

.jpg)
















.jpg)
.webp)








