Dəb
Bəşəriyyətin yarısı yayda hansı rəngə daha çox üstünlük verir? – FOTOLAR
Yayın gəlişi ilə bəşəriyyətin demək olar ki, yarısının ağ rəngli, yüngül, daha orijinal fasonlara və paltarlara üstünlük verməsini müşahidə etmək olar. Publika.az xəbər verir ki, yaz və yay geyimləri bir qayda olaraq açıq rənglərdə təklif edilir, həmçinin özündə yüngüllük və rahatlığı ahəngdar şəkildə birləşdirir.
Öz orijinal dekorativ elementləri ilə seçilən qadın yay paltarları və sarafanları yüngül, uçuşan parçalardan hazırlanır. Sözsüz ki, yeni mövsümün lideri cəsarətli, romantik, klassik, ultra dəbli fasonlarda təqdim olunmuş ağ donlardır. Bir çoxlarına məlum olduğu kimi ağ donları üsluba tam uyğun olaraq parlaq və zərif aksesuarlarla birləşdirmək lazımdır. Həmçinin tamamilə müxtəlif geyim növlərinin və üslubların təzadlı vəhdətinə də diqqət yetirməkdə fayda var. Məsələn, qaba gödəkcə uçuşan ağ sarafanı əla tamamlayacaq.
Dizaynerlər bu mövsüm hər qadının zövqünü oxşayan, ona fərdiliyini vurğulamağa imkan verən, həmçinin son tendensiyalara uyğun gələn müxtəlif modellər təklif edib. Ən populyar ağ rəngli qadın yay paltarlarına aşağıdakıları aid etmək olar.
Köynək-paltar
Ağ rəngli klassik köynək-paltarlar daha sərbəst hərəkət eyməyə imkan verir. Bu sadə model həm qısa, həm uzun, həm də orta uzunluqda ola bilər. İpək kimi yüngül materiallardan tikilmiş, yerə qədər uzanan köynək-paltarı düzgün seçilmiş ayaqqabı və aksessuarlarla birləşdirib axşam variantı kimi istifadə etmək olar. Bu mövsüm safari stilinə müvafiq dizayn edilmiş köynək donları etnik aksessuarlar, dəri qayışla uyğunlaşdrmaq dəbdədir.
Klyoş fasonlar
Çox enli qadın yay paltarları dəb aləmində lalə adlandırılır. Belə fasonlar arıq və ya ideal bədən quruluşu olan gənc qızlar üçün ideal seçim olacaq. Yuxarı hissə həm yığcam, həm dekolteli, həm də tam qapalı ola bilər. Aktual aksesuarlardan istifadə etməklə, məsələn, orijinal və qeyri-standart dekorativ detallarla obraza bəzək vura bilərsiniz.
Midi və dar
Bu mövsüm silueti incə göstərən dar və midi paltarlar da populyardır. Belə variant ideal bədən quruluşuna malik olan qızlara çox yaraşacaq. Model sahibinin incəliyini, romantikliyini və məsum cazibəsini vurğulayacaq. Belə fasonları daha sadə aksessuarlarla uzlaşdırmaq olar, ayaqqabıya gəldikdə dikdaban və ya tanketka ən uğurlu seçim olacaq. Ayaqqabı rənginin bej çalarlarda seçilməsi qadına xüsusi eleqantlıq bəxş edəcək.
Bohem tərzi
Uzun, ağ, krujeva libasları vintaj sırğa və boyunbağılar, qəhvəyi tonlarda aksessuarlar istifadə etməklə bohem üslubuna qovuşa bilərsiniz. Ayaq biləklərinə taxılan aksessuarlar da bohem və şıq görünməyin əsas yollarından biridir. Müxtəlif rəngli örpək və saç aksessuarları da bu stildə yolveriləndir.
Aytən
-
Sosial19:24Sabiq başçının oğluna aldığı "Range Rover" BU QİYMƏTƏ SATILDI
-
Kriminal19:12Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI
-
Dünya17:35ABŞ və İran arasında müharibə bu tarixdə yenidən alovlana bilər - Patrik Uolş
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR









.jpg)

.jpg)
















.jpg)
.webp)








