Dəb
Yayın son trend ayaqqabıları – FOTOLAR
Muley (sabo) arxasında bağı olmayan, önü açıq ayaqqabılara deyilir. Bu ayaqqabı modeli 90-cı illərdə dəbə minib. Lakin onların tarixi kifayət qədər qədimdir. Saboları ilk dəfə qədim dövrlərdə cəmiyyətdə yüksək mövqe tutan kişilər geyinib. ХVII-XVIII əsrlərdə muleyləri artıq qadınlar da geyinməyə başladı. Sonralar bu ayaqqabılar yüngül əxlaqlı qadınlar arasında populyarlaşdı. Buraya müğənnilər, aktrisalar və incəsənət adamları da daxil idi. XX əsrdə Merlin Manro muleylərə ikinci həyat verdi və onlar yenidən dəb gündəmini zəbt etdilər. Bəs bu gün necə muleylər dəbdədir?
Dizaynerlər saboları müxtəlif tərzdə təqdim edib: dikdabanlı, altı düz, ya da ki, kvadrat qalın dabanlı formada.
1.Başmaq şəklində, altı düz sabolar bir neçə mövsümdür ki, məşhur moda evlərinin yaz-yay kolleksiyalarında yer alır. Bu mövsüm maskulin tərzdə itiburunlu başmaqlar xüsusi ilə aktualdır. Qeyri-ciddi səslənməsinə baxmayaraq, başmaqlar kostyum, şalvar-pencək dəstləri ilə əla uzlaşır. Cins şalvarlar da başmaqlarla eyni dərəcədə effektli görünür. Belə başmaqlar səfər üçün çox rahatdır. Belə ayaqqabılarda səhərdən axşama kimi bütün şəhəri yorulmadan gəzmək olar. Bir sözlə, itiburunlu başmaqlar kişisayağı geyinməyi xoşlayan xanımların qarderobunda xüsusi yer tutacaq.
2.Stilettoya bənzər zərif itiburunlu, dikdaban sabolar ziyafət libasları, yaxud yay sarafanları ilə əla uzlaşır. Belə ayaqqabılar cins şalvarla da yaxşı yola gedir.
3.Bu yayın dəbli ayaqqabıları kvadrat qalın dabanlı, burnu açıq sabolardır. Bu model universal və rahat olması ilə seçilir. Qalın daban sayəsində onun üstündə bütün gün yorulmadan dayanmaq olar. Burnu açıq saboların sevilməsinin əsas səbəbi istənilən geyimlə uyğun gəlməsidir.
4.Dizaynerlər istənilən zövqü nəzərə alaraq burnu açıq saboların həm nazik dabanlı, həm də alçaq dabanlı variantlarını təqdim ediblər. Nazik dabanlı sabolar gecə dəvətləri və toy mərasimləri üçün daha əlverişlidir. Onlar işgüzar üslubda da xoş təsiri bağışlayır, görüş üçün də yaxşı variantdır. Lakin uzun müddətli gəzinti üçün komfortlu deyil. Alçaq dabanlı modellər isə idman tərzində geyinməyi sevənlərin ürəyincə olacaq.
Aytən
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”






































