Dəb
Məşhur milyarderin zövqsüz xanımı dəb ilahəsinə necə çevrildi? FOTOLAR
Daşa Jukova “Çelsi” klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviçin həyat yoldaşıdır. Abramoviçlə Jukova 2005-ci ildə tanış olublar. Onların iki övladı var. Cütlüyün 2009-cu ildə Aaron Aleksandr adlı oğlu, 2013-cü ildə isə Leya adlı qızı olub. Leya Abromoviçin 7-ci uşağıdır.
Daşa Jukovanı təkcə Rusiyada deyil, qərbdə də dəb ilahəsi kimi tanıyırlar. Publika.az bu yazıda oxucuları milyarder xanımının dəbli obrazları ilə tanış edəcək.
Daşanın indiki obrazlarına nəzər salanda onun bu sahədə qüsursuz olduğu fikri yaranır. Arxiv fotolar isə bunu inkar edir. Daşanın əvvəllər orijinal görünmək cəhdləri uğursuzluqla nəticələnir, qarderobunda tez-tez mübahisəli dəstələr gözə dəyir, hətta dəb mütəxəssislərinin sərt tənqidi ilə qarşılaşırdı. Lakin D.Jukovaünvanına səslənən bu tənqidlərlə barışmaq niyyətində deyildi. İstedadlı qız yazılanlardan düzgün nəticə çıxararaq geyim seçimində daha diqqətli olmağa başlayır. Əminliklə deməliyik ki, əvvəlki zövqsüz Daşadan əsər-əlamət qalmayıb. İndi o, bütün tədbirlərin ən arzulanan qonağıdır. Daşa qırmızı xalıya çıxanda adətən çox gözəl ziyafət paltarları seçir. Bir neçə aktual trendi məharətlə klassik elementlərlə birləşdirir. Hətta hamiləliyi belə onun geyim seçiminə mane olmayıb. Daşa hamiləlik zamanı xüsusi bəzəyi ilə seçilən sadə paltarlara daha çox üstünlük verirdi.
Milyarder xanımının qarderobunda uzun don və yubkalar üstünlük təşkil edir. Jukovanın bədən quruluşu ona istənilən fasonu geyinməyə icazə versə də, o, pərəstişkarlarını mini yubkaları ilə nadir hallarda sevindirir. Onun seçdiyi ayaqqabı vəaksessuarlar isə onun darıxdırıcı görünməsinə imkan vermir. Parlaq və əlvan aksesuarlarla yanaşı Jukova lakonik çanta və ayaqqabıları da xoşlayır. O, yaxşı bilir ki, təmtəraqlı geyimi parlaq çanta ilə korlamaq olmaz, diqqətçəkici və ya parlaq geyim daha sadə aksessuarlar tələb edir.
Daşanın saç və dəri rəngi hər rəng çaları ilə əla uzlaşır. Yeri gəlmişkən, onu da qeyd edək ki, dəb haqqında bütün biliklərə yiyələn Daşa rənglərin ahəngini yaxşı bilir. O, xüsusi ilə pastel çalarlarını qarışdırmağı çox sevir. Bəbir naxışları ilə qüsursuz görünmək çox çətindir, Daşa isə bu vəhşi naxışın öhdəsindən yaxşı gəlir. Əgər o, bəbir naxışlı bir geyim seçibsə, dəstdə iştirak edən digər elementlər mütləq sadə və tək rəng olur.
Aytən
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır
-
Pul09:59Sosial büdcədə rekord: Maaş və pensiyalar artır?
-
İdman09:34Ulduz futbolçu qalmaqallı FOTOLARI haqda - Evli kişiyəm
-
Magazin109:13Bloger Səidə Bəkirqızını yenidən məhkəməyə verdi










.jpg)










.jpg)
















