Dəb
“Dior” kolleksiyası ingilis sarayında – FOTOLAR
Dünən Londonun Blenheim qəsrində Paris dəbdəbəsinin simvolu sayılan “Dior” moda evinin kruiz kolleksiyası nümayiş olunub. Gözəl memarlıq abidəsi fransız brendinin yeni kolleksiyasının nümayişi üçün fərqli məkan olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda tarixində artıq üçüncü dəfədir fransız brendinin bu sarayda dəb nümayişi baş tutur. “Christian Dior”un Blenheim sarayında ilk dəfiləsi 1954-ci ildə baş tutub. Əfsanəvi dizayner Kristian Diorun saraya ikinci səfəri 1958-ci ilə təsadüf edib. Dünən isə sözügedən sarayda “Dior”un üçüncü dəb nümayişi keçirilib.
Məlumat üçün bildirək ki, moda evinin eks kreativ direktoru Raf Simons ötən ilin payızında gözlənilmədən öz vəzifəsindən istefa verib. Bütün bu müddət ərzində “Dior”un kreativ direktor yeri boş qalıb. İndi yeni kolleksiyalarının hazırlanmasında brendin ştat komandası hesab olunan isveçli dizaynerlər Serj Ruffe və Lüsi Mayer cavab verir. Dizaynerlər artıq üçüncü dəfədir ki, minimalist paltarlar nümayiş etdirir. Yeni kolleksiya zərif siluetlərlə zəngindir, dizaynerlər moda evinin səciyyəvi üslubunu qoruyub saxlamağa çalışıb. Bununla belə isveçrəli dizaynerlər iri bəzək əşyaları və idman çantalar da təqdim ediblər. Yeni kolleksiya həcmli və çoxqatlı fasonlarla da bol olub. Lakin bu dəfə isveçrəli dizaynerlər Raf Simons kolleksiyalarının əsasını təşkil edən yığcam və sakit rənglərin əvəzinə, heyvan printləri ilə qrafik ornamentlərin vəhdətinə üstünlük verib. Dəfiləyə gələn qonaqlar fransız zərifliyi ilə ingilis alicənablığını özündə əks etdirən kolleksiyanı gurultulu alqışlarla izləyib.
Dəfilədə moda evinin siması olan 19 yaşlı model Bella Hadid də iştirak edib. Dedi-qoduçular inandırırdılar ki, Bella Hadid model bacısı Cici Hadidlə rəqabətdə uduzacaq. Bu dəfilə və Bellanın moda evi ilə müqavilə bağlaması onu göstərir ki, bu fikirdə olanlar səhv ediblər. “Dior”la müqavilə gənc qızın modellik karyerasında böyük irəliləyiş hesab olunur.
Aytən
-
MDB16:54Rusiya Ermənistana nota verdi
-
Sosial15:56"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar
-
Nida Xəbər 15:08Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı
-
İdman14:18Dünyanın ən seksual qadın futbolçusunun romantik tətilindən - FOTOLAR
-
İdman12:48Kanadanın tarixi qolunu vuran futbolçunun ilham pərisi - FOTOLAR
-
MDB12:12Ukrayna ordusu Brejnevin nəticəsini əsir götürüb - FOTO
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu









.jpg)

.jpg)














.webp)
.jpg)










