Ulduzsayağı yırtıcı trend - FOTOLAR
Bizi izləyin

Dəb

Ulduzsayağı yırtıcı trend - FOTOLAR

Ulduzsayağı yırtıcı trend - FOTOLAR

Ekstravaqant əşyalar və aksesuarlar, zebr, zürafə və ya bəbir dərisini xatırladan ayaqqabılar sizin üslubunuzu zənginləşdirə bilər. Lakin bunun üçün cəsarətli detalların qarderobdakı digər əşyalarla uyğunlaşdırması prinsiplərinə riayət etmək lazımdır.

Bəbir naxışlı ayaqqabılar modapərəstlərin qarderobunda çoxdan qərarlaşıb. Qızların yırtıcı printlərə ümumi məhəbbəti düşünməyə əsas verir ki, belə naxışlı geyimləri qarderobun baza əşyaları siyahısına daxil etmək lazımdır. Böyük populyarlıq qazanmasına baxmayaraq, bəbir naxışları ən mürəkkəb printlərdən biri sayılır və “qayğıkeş” münasibət tələb edir. Stilistlər etiraf edirlər ki, bəbir printləri təhlükəlidir. Onunla bir az səhv rəftar etsən, dərhal zövqsüz qızlar cərgəsinə daxil olacaqsan.

Publika.az-ın dəb bölməsi bu yazıda bəbir naxışlarından düzgün istifadə qaydalarını izah edib.

Qayıq şəklində klassik dikdabanlar bütün hallarda yolveriləndir. Ayaqqabının iti burnu, kəskin xətləri yırtıcı printlə çox yaraşır.

Bəbir naxışları boz-qara geyimlə gözəl və nəcib görünür, amma ənənəvi qara və boz rəngdən fərqli olaraq onların imkanları nisbətən məhduddur. Cennifer Lopez də bəbir printi ilə ənənəvi qara rəngli paltar seçir. O, digər çalarlarla təcrübələr aparmağa üstünlük vermir. Şablon görünsə də, hər halda, ehtiyatlılıq heç kimə zərər vermir və sizi hər hansı dəb xətasına yol verməkdən xilas edir. Qara paltarla bəbir naxışlarının vəhdətini qızıl-zinət əşyaları ideal tamamlayacaq.

Bəbir printinin istifadə olunduğu ən təhlükəsiz variant altı düz və ya kiçik dabanlı ayaqqabılardır: korosovka, slipon, baletka, kedlər... Bəbir baletkalar gəzinti və həftəsonu görüşləri üçün əla seçimdir.

Əsas qayda: əlavə bəzəklər barədə unudun! Strazlar, pərçimlər və digər bəzəklər bəbir printini ancaq korlaya bilər.

Faktura müxtəlif ola bilər: dəri, ipək və.s.

Bəbir printinin ən yaxşı dostları qara, qəhvəyi, qəhvəyi, ağ rəng, habelə cinslərdir. Hollivudun stil ikonaları: Olivye Palermo ilə Miranda Kerr bəbir naxışlarını ağ və bej rəngli əşyalarla kombin edir. Belə dəstdə bəbir naxışları çox da yırtıcı görünmür.

Bəbir printlərini yaşıl, göy və digər ekzotik rənglərlə birləşdirmək mümkündür. Lakin onlar “qışqıran” tonda olmalı deyil, tutqun çalarlar daha münasib olacaq. Həmçinin qırmızıdan qaçmağa çalışın. Bəbir printini qırmızı ilə birləşdirmək qadağan deyil, lakin bu zaman sizdən böyük ehtiyatlılıq tələb olunur. Çünki qırmızı özü kifayət qədər cəsarətlidir.

Təcrübəli modapərəstlər sözügedən printi güllü, xallı ayaqqabı ilə uzlaşdıra bilər. Lakin ikidən artıq printi birləşdirmək məsləhət deyil. Əgər çiçəkli şalvar, xallı köynək və həndəsi naxışlı çanta ilə bəbir ayaqqabılar geyinsəniz, onda sizə heç kim fikir verməyəcək, ya da sizə baxanlar necə zövqsüz olduğunuzdan başqa heç nə düşünməyəcək. Ümumiyyətlə, müxtəlif printləri eyni anda istifadə etməyə çalışsanız, obrazınız ahəngdar alınmayacaq.

Bəbir printini hər hansı digər vəhşi naxışla birləşdirib öz üzərinizdə eksperimentlər aparmayın. Həddən çox vəhşi heyvan naxışı bayağı görünür. Gülüş hədəfi olmaq istəmirsinizsə, bəbir printli ayaqqabı ilə rəngli və naxışlı kolqotqalar da geyinməyin.

Vəhşi yırtıcı printlər ciddi işgüzar geyim qaydaları ilə uyğun gəlmir. Lakin çox sadə işgüzar dəstlə dikdaban bəbir ayaqqabı çox gözəl uzlaşır.

Bəbir printlərinin istifadə olunduğu platformalardan uzaq durun! Baxmayaraq ki, hətta Kristian Lubuten də bu tərz ayaqqabılar istehsal edir, onlar istənilən halda striptizçi qadınların imici ilə assosiasiya olunacaq. Bu halda bəbir printlərin effekti daha da artacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm