Dəb
Ulduzsayağı trend: gümüşü donlar – FOTOLAR
Gümüş parıltısı dəb dünyasına yenə hökm edir.
Hər mövsümün dəbini bu sahədə söz sahibi olan və dünya miqyasında tanınan məşhur dizaynerlər müəyyənləşdirir. Onların mütəmadi təqdim etdiyi kolleksiyalarda hansısa rənglər və fasonlar üstünlük təşkil edir, nəticədə trendə çevrilir. Nyu-York, London, Milan və Parisdə keçirilmiş moda həftələrində bir çox modelyerin dəfiləsində gümüşü və qızılı rəng daha çox nəzərə çarpıb.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, yayın maraqlı trendlərindən biri də gümüşü və qızılı donlardır.
Belə görünür ki, tanınmış dizaynerlər bu il stil ikonalarına başdan-ayağa qədər parıldamağa icazə verib. Heç iddialı modapərəstlər də parıldamağın əleyhinə deyil. Hər halda başdan-ayağa “dəmir ledi” olmaqdan qorxmurlar. Parıltılı don trendinin pərəstişkarları arasında Penelopa Kruz, Cennifer Lourens, Cessika Alba və başqalarını misal çəkmək olar.
Gümüşü donlar sizin də qarderobunuzun ən parlaq əşyası ola bilər. Belə donların özü kifayət qədər cəlbedicidir və onu geyinmək əsl risk tələb edir. Onu düzgün uyğunlaşdırmaq qəliz məsələdir. Odur ki, bu parıltının sizi yandırmasını istəmirsinizsə, onunla ehtiyatlı rəftar edin. Ən azından bəzək əşyalarını məhdudlaşdırmalı olacaqsınız, həmçinin fasonun özü də sadəliyi ilə seçilir.
Aytən
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
