Dəb
Dəb dünyasının ən yaxşı ixtirası yenidən aktualdır – FOTOLAR
Kombinezonlar dondan sonra dəb dünyasının ən yaxşı ixtiradır, çünki onunla nəyi və necə uyğunlaşdıracağınız barədə uzun-uzadı düşünmək lazım gəlmir. Belə bir maraqlı fakt qarderoba bir neçə kombinezon daxil etmək üçün tutarlı səbəbdir.
Publika.az xəbər verir ki, kombinezon daha çox fəhlə geyimi kimi tanınsa da, qədimdə bu cür geyimi kimyaçılar geyinərdi. Onlar öz seçimini bununla izah edirdilər ki, qapalı geyimlər onlara daxili enerjini saxlamağa kömək edir. Ötən əsrdə “Levis” cins brendinin yaradıcısı Levi Strauss kombinezonu sadə əhalinin bütün təbəqələri üçün təklif edib. İlk model cinsdən hazırlanmışdı və onları əsasən fəhlələr geyinirdi. 1990-cı illərdə isə bir çox ölkələrdə hamilə qadınların əksəriyyəti əsas uniforma olaraq kombinezon seçirdi.
Son illər kombinezonlar qadın qarderobunda öz yerini daha da möhkəmlədib. Modellərin müxtəlifliyi isə istənilən zövqü təmin etməyə imkan verəcək. Belə paltar ofis üçün çox rahatdır, onlar zərifliyi ilə işgüzar kostyumdan heç də geri qalmır. İşgüzar qadınlar üçün bir rəngli, klassik kombinezonlar daha məqsədəuyğundur.
Yay aylarından kombinezonlar xüsusi ilə aktual olur. Dizaynerlər bu geyimin pərəstişkarları üçün kombinezonların qısa, şortik variantını da təklif edirlər.
Çiyni açıq, yaxud dərin sinə dekoltesi olan kombinezonlar axşam dəvətləri üçün də uğurlu seçim ola bilər. Sözsüz ki, onlar klassik modellərdən bir qədər fərqlənir və daha cəlbedici rəngdə təqdim olunur.
Aytən
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
