Dəb
Amerikanın dəbli xanımı seçildi – FOTOLAR
Dünən Nyu-Yorkda “CFDA Fashion Awards” mükafatlandırma mərasimi keçirilib. Moda aləmində bu mərasimi "Oskar"-la müqayisə edirlər, mükafatlar Amerika moda dizaynerləri Şurası tərəfindən ancaq yerli dizaynerlərə moda sənayesi sahəsində əldə etdiyi nailiyyətlərə görə verilir.
Publika.az xəbər verir ki, mərasimdə Anna Vintur, Haydi Klum, Alessandro Ambrosio, Adrina Lima, Beyons, Siara, Oliviya Uayld, Karli Kloss, Miroslava Duma, Alessandro Mikele və başqa məşhurlar iştirak edib.
Gecənin əsl qalibi dünya şöhrətli müğənni Beyons olub. O, "Stil ikonası" nominasiyasında mükafatlandırılıb. Qalib müğənni hisslərini belə ifadə edib: “Özümü dərk edəndən moda həmişə mənim həyatımın bir hissəsi olub. O, mənə hətta dünyaya gəlməzdən əvvəl təsir göstərib. Bunu çoxları bilmir, amma nənəm dərzi olub. Babamla nənəmin çox kasıb ailə olub, anama pal-paltar ala bilmir, həmçinin onun təhsil haqqını ödəyə bilmirdilər. Nənəm təhsil haqqı müqabilində anamın oxuduğu məktəbdə tələbələr, keşiş və rahibələri üçün paltar tikib”.
Mərasimdə moda mükafatı nominasiyası üzrə bu ilin ən yaxşı dizaynerlərinin adları da açıqlanıb. "İlin qadın dizayneri" mükafatının sahibi Mark Ceykobs olub. "İlin kişi dizayneri" nominasiyasının qalibi Tom Braun olub. Mükafatın müsabiqədən kənar laureatları Devid Boui, İmran Amed və Alessandro Mikele olub. Onların adları hələ mart ayında elan edilmişdi. Mikele “CFDA Fashion Awards 2016” beynəlxalq mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, “CDFA” mükafatlandırma mərasimi ilk dəfə 1984-cü ildə Nyu-Yorkda keçirilib. O vaxtdan bəri bu mərasim ənənə halını alıb və hər il keçirilir. Qalibin seçimi CFDA dizayner-üzvləri, redaktorlar, stilistlər, bayerlərin səsverməsi yolu ilə həyata keçirilir. Xüsusi mükafatlara namizədləri “CFDA” üzvləri və direktorlar şurası müəyyən edir.
Aytən
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...










.jpg)









.jpg)
.jpg)















