Dəb
Yayın qaynar trendləri - FOTOLAR
Bu yayın əsas dəb tendensiyalarına ispansayağı fasonlar daxildir. Cari mövsüm İspaniya mədəniyyəti bir çox məşhur dizaynerin yaz-yay kolleksiyalarının ilham mənbəyi olub. Dizaynerlər sanki hamısı sözləşərək öz kolleksiyasında cəsarətli qırmızı rəngə və digər ispan motivlərinə üstünlük verib.
Publika.az xəbər verir ki, ispan trendi bir neçə aktual tendensiyaları özündə birləşdirir: gül motivləri, volan və büzmələr, eləcə də krujeva. Qara və qırmızının vəhdəti də yayın trendləri arasında göstərilir. Bu da təəccüblü deyil, axı qara ilə qırmızı demək olar ki, hamıya yaraşır. Sadəcə, düzgün çaları seçmək lazımdır. Qarabuğdayı qızlara xoş al-qırmızı çalarlar uyğun gəlir, solğun bənizli xanımlar isə qırmızının soyuq tonlara üstünlük verməlidir. Bu yay dəbdə olan qaraçı yubkaları və çiyni açıq bluzları qızılgüllər, lalələr, pionlar və digər bitki printləri ilə göz oxşayır. Qısa desək, flamenko rəqqasələrinin daha müasir versiyasını yaratmağa çalışmalısınız.
İspansayağı stilin mühüm atributları düzgün seçilmiş ayaqqabı və aksesuarlardır. Xüsusi ilə böyük sırğa və boyunbağılar, çoxqatlı bilərzik, espadril ayaqqabılar, eləcə də saça ilişdirilən çiçək broşları ispansayağı üslubun vacib detallarıdır.
Aytən
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
