Dəb
İrina Şeyk və qara brilyant kralı Bakıda – FOTOLAR
Bakıda keçiriləcək “Formula 1” yarışması çərçivəsində “Billionaire Club”-da 3 gün ərzində “Grisogono”, “Chopard” və “Graff” zərgərlik brendləri ilə birlikdə fövqəladə axşam keçiriləcək.
Publika.az-ın məlumatına görə, “Grisogono” brendinin yaradıcısı və dahi zərgər Favaz Qruozi öz ulduz rəfiqəsi, amerikalı top-model və milyonların varisi Bella Hadid ilə birlikdə Bakıya gələcək. “Qara brilyant kralı” dünyanın bir çox stil ikonaları və ulduzları ilə dostdur. Onun təşkil etdiyi dəbdəbəli əyləncə gecələrini İrina Şeyk, Naomi Kempbel, Şeron Stoun, Ornella Muti, İzabel Acani və s. bu kimi məşhurlar olmadan təsəvvür etmək olmur.
İkinci gözlənilən tədbir “Chopardredcarpet”dir. Bu gecədə Karolina Şoyfel ilə zərgərlik evinin kreativ direktoru və prezidentinin iştirakı gözlənilir. Sözügedən brendin kreativ direktoru ilə birlikdə dünyanın moda əfsanəsi Petra Nemkova, eləcə də dünyanın moda əfsanəsi Yeva Qerçiqovanın Bakıya gələcəyi deyilir. Hər iki gözəl Karolina Şoyfelin yaxın dostudur və onlar öz sevimli brendini dəstəkləmək imkanını heç vaxt əldən buraxmırlar. Gecəyə İsveçrə xəzinəsinin pərəstişkarı olan Lena Del Rey və Marion Kotiyarın gəlib-gəlməyəcəyi isə hələlik məlum deyil.
Üçüncü gün dünya zərgərlik sənayesinin liderlərindən biri olan “GRAFF” brendinin əyləncə gecəsi təşkil olunacaq. Məlumat üçün bildirək ki, “GRAFF” dünyanın bir çox krallarının zərgərlik təchizatçısıdır. Zərgərlik brendinin pərəstişkarları arasında daha çox dünya miqyaslı ulduzlar Şeron Stoun, Qvinet Peltoru və Madonnanı misal çəkmək olar. Nəzərə alsaq ki, ilk iki axşam bir çox məşhur simaların Bakıya gəlişi gözlənilir, onda “GRAFF" brendinin də gecə üçün sürprizlər hazırlaması və dünya ulduzlarının iştirakı istisna deyil.
“Italdizain Group” şirkətinin PR-xidməti onların gəlməsi ehtimalını istisna etməyib və vəd edib ki, qonaqları səs-küylü hadisələr gözləyir. Bizə yalnız gözləmək və izləmək qalır.
Aytən
-
Sosial10:37Nazir onu rəis təyin etdi
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var








.jpg)

.jpg)




















.png)


.jpg)



