Dəb
Hərbi geyimlə HEYRAN EDƏN xanımlar - FOTOLAR
Sağ və sol tərəflərinə müxtəlif rəngli zolaq (lampas) tikilmiş şalvarlar əvvəllər zabit və generalların hərbi geyimlərinin ayrılmaz hissəsi idi. Onlar bu günədək bir çox ölkələrdə hərbi xidmətçilərin uniforması olaraq qalıb. Məsələn, Azərbaycan Ordusunda hərbiçinin rütbəsindən asılı olaraq şalvarın sağ və sol hissəsinə tikilən zolaqların rəngi və eni dəyişir.
90-cı illərin əvvəllərində kənarları zolaqlı şalvar və şortiklər “Adidas” və digər idman brendlərinin kolleksiyalarında görünməyə başladı. İdman şalvarlarının kənarlarında üç dəyişməz, kontrast rəngli xətlər məhz bu brendin adı ilə assosiasiya olunur. İndi lampaslar nə təkcə idman şalvarlarını bəzəyir, nə də ki, rənglərin və zolaqların sayına görə məhdudlaşır.
Publika.az xəbər verir ki, yeni mövsüm dizaynerləri eksperiment və gözlənilməz yeniliklər etməyə vadar edib. Onlardan biri də kənarları zolaqlı şalvarlardır. Belə şalvarlar ilk baxışda anlaşılmaz görünsə də, qabaqcıl modapərəstlər onlara çox tez alışıb. Bu trendin pərəstişkarlarına Rihanna, Bleyk Layvli, Oliviya Palermo, Kendal Jenner, Cici Hadid, Miranda Kerr kimi ulduzları nümunə çəkmək olar.
1. Belə şalvarlar ayaqları vizual olaraq uzun göstərə bilir. Bunun üçün köynəyin ya zolaqlarla, ya da şalvarla eyni rəngdə olması kifayətdir. Ayaqqabı da eyni rəngdə olmalıdır. Amma şalvar çox uzun olarsa, onda effekt tamamilə əksinə olacaq. Ona görə də belə model seçərkən şalvarın balağının yerlə sürünməməsinə diqqət yetirin.
2. Dizaynerlər bədən şalvarın kənarlarına eyni parçadan olan zolaq deyil, tamamilə başqa materialdan olan zolaqlar əlavə etməyə üstünlük verir. Bu halda şalvar və zolağın eyni rəngdə olmasına yol verilir.
3. Lampaslı, yaxud kənarları zolaqlı şalvarlar çox mürəkkəb geyimdir, onunla uyğun gəlməyən köynək geyinsəniz və aksessuarlar istifadə etsəniz, nəticə zövqsüz alınacaq. Əgər onu ciddi iş görüşünə geyinirsinizsə, idman kostyumu effektini azaltmaq üçün şalvarı jaketlərlə, uzun pencək və bluzalarla uzlaşdırın.
4. Ayaqqabının dikdaban olması daha çox arzu olunsa da, bu modellə altı düz ayaqqabılar da istifadə etmək olar. Kedlər, tanketk ayaqqabılar, çəkmə və bosonojkalar onunla yaxşı yola gedir. Lakin bu halda köynək və üst geyim də idman tərzində seçilməlidir. Belə dəst isə ciddi iş görüşləri üçün uyğun deyil.
5. Yuxarıda dediyimiz kimi lampaslar hərbi formaların ayrılmaz hissəsidir, ona görə də belə şalvar hərbi (militari) üslub ilə də əla uyğunlaşır.
Aytən
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı





































