• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Kişilərin dəb trendi - FOTOLAR

  • Dəb
  • 3 İyul 2016 18:46
  • 1 435 Baxış
Kişilərin dəb trendi - FOTOLAR

Elə bir dövrdə yaşayırıq ki, demək olar dəb hər saniyə yenilənir. Onun nəbzini tutmaq qeyri-mümkündür, artıq XX əsrin əvvəllərində yaranımış bir çox dəb qanunlarının da bir o qədər əhəmiyyəti qalmayıb. Zaman və dövr göstərir ki, bəzən bunların əksinə də getmək lazımdır. Müasir düşüncəli dizayner və modelyerlər də öz fantaziyalarını çərçivəyə sığışdıra bilmir və çox vaxt qaydaların əksinə gedərək müvəffəqiyyət qazanırlar. Üslub, sosial prioritetlər dəyişdiyi üçün ümumi qayda-qanunlar artıq heç kimin diqqətini çəkmir.

Bildirək ki, dəb formalaşana qədər heç də asan yollardan keçməyib. Hansı ki, bir zamanlar onları tapdalamaq həm qadınlar, həm də kişilər üçün eyni dərəcədə bağışlanmaz səhvə bərabər idi.

Publika.az bu yazıda bir vatxlar kişilərin ciddi dress-kodu olmuş, bu gün isə əhəmiyyətini itirmiş geyim qaydaları ilə tanış edir.

1. Ayaqqabı və kəmər eyni rəngdə olmalıdır

Туфли и ремень должны сочетаться по цвету

Rəsmi görüşlər üçün çəkmə ilə kəməri eyni rəngdə seçmək pis ideaya deyil, amma digər hallarda bu, sadəcə lazımsızdır. İnanın ki, indi buna heç kim diqqət yetirmir.

2. Tufli ilə mütləq corab geyinmək lazımdır

Всегда надевать носки с брюками

Bir vaxtlar dizyanerlər tuflini corabla geyinməyi şiddətlə tövsiyə edirdilər. Artıq uzun müddətdir ki, bu qayda öz əhəmiyyətini itirib. Xüsusi ilə də yayda corabsız gəzmək trenddir. Əgər vacib iş görüşlərinə getmirsinizsə, onda corabsız da ötüşmək olar. Əsas odur ki, əmin olun ki, ayağınızda nə isə var.

3. Şalvarda ilgək varsa, kəmərin olması şərtdir

Всегда носить ремень, если на брюках есть шлевка

Kişi geyimi hər zaman rahatlığı və əlverişi olması ilə seçilib. Kişi aksessuarlarının əksəriyyəti hərbi məqsədlər üçün nəzərdə tutulub. Məsələn, epoletlər və ya yanlardakı kiçik cibləri xatırlayın. Buraya ilgəki də əlavə etmək olar. Əvvəllər ilgəkli şalvarlara kəmərə taxmaq şərt idi. Lakin 2016-cı ilin dəbi bunu tələb etmir. Şalvar əyninizdə yaxşı oturubsa, kəmərə ehtiyac yoxdur.

4. Corabla şalvar eyni rəngdə olmalıdır

Сочетать цвет носков с цветом брюк

Bir çox onilliklər əvvəl qara corabı qara, tünd göy corabı tünd göy, boz corabı isə boz şalvar ilə geyinmək lazım idi. Bu ideyanın əsas məğzi ondan ibarətdir ki, şalvarla corab eyni rəngdə olması kişini vizual olaraq daha hündür göstərir. Dövrün tələbləri ilə bu qaydanın ləğv olunduğunu, ya da kişilərin bu “süni” oyundan yorulduğu demək olar. Müasir dəb artıq kişilərə şalvarla istnilən rəngdə corab geyinməyə icazə verir. Lakin bu halda da harmoniya pozulmamalıdır, eləcə də seçimləriniz getidyiniz məkandan asılı olaraq dəyişə bilər.

5. Ütü ilə qat atılmış şalvarlar daha dəbdə deyil

Нельзя носить брюки со складками спереди

Bəli, son bir neçə onillikdə ütü ilə qat atılmış, klassik şalvarlar əvvəlki kimi aktaul deyildi, amma dizaynerlərin son kolleksiyaları göstərir ki, onlar öz populyarlığını qaytarmaq niyyətindədir.

6. Qaranı qəhvəyi və ya göy ilə birləşdirmək olmaz

Нельзя сочетать черный с синим или коричневым

Dəbin köhnəlmiş qaydaları kişilərə uzun illər qara ilə qəhvəyi və tünd göyü birlikdə istifadə etməyi qadağan etmişdi. İndi isə bu qaydalara heç kim məhəl qoymur. Bəlkə də bu qaydanı qara siyahıya əlavə etməyin vaxtı çatıb.

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>