Dəb
Fransız moda evindən gözlənilməz YENİLİK - FOTOLAR
Dünən Paris Yüksək Moda Həftəsində “Dior” moda evinin payız-qış kolleksiyası nümayiş olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda evinin kreativ direktorları Lüsi Mayer və Serj Rufe digər rəngləri qətiyyətlə rədd edib. Belə ki, dekor və qızıl zinət əşyaları istisna olmaqla, kolleksiya ancaq ağ-qara rənglərdən hazırlanıb. Kolleksiya 2 rəng üzərində qurulsa da, qeyri-adi fasonlar onu darıxdırıcı olmaqdan xilas edib. Sadə monoxrom stilini dizaynerlər qeyri-adi kəsim və müxtəlif fakturalarla artıqlaması ilə kompensasiya edib.
Qeyd edək ki, Mariya Gimnast Kyuri artıq bu ilin payızında “Dior” fransız moda evinin kreativ dizayneri vəzifəsində çalışacaq. Xatırlatmaq istərdik ki, Mariya Gimnast Kyuri “Valentino” italyan moda evinin dizayneri Piççoli Perpaolo ilə birlikdə təxminən on il əməkdaşlıq edib. Onların uğuru bütün dünyanı fəth edib, hazırladığı geyimlər isə satış rekordu qırıb.
Aytən
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər






































.jpg)
