Dəb
Mövsümün çimərlik dəbi - FOTOLAR
Çimərlik dəbi dizaynerlərin kolleksiyalarında xüsusi yer tutur. Çimərlik dəbi o qədər müxtəlifdir ki, alış-verişə gedən qızlar bu qədər çeşidlər arasında seçim edə bilmir. Stilistlər fərqlilik axtarışında olanlara qarışıq üslublara, qeyri-ənənəvi fasonlara müraciət etməyi tövsiyə edir.
Publika.az oxucuları mövsümün çimərlik dəbi ilə tanış edir:
Bikini
Klassik bikini modelləri öz aktuallığını heç vaxt itirmir. Dizaynerlər artıq bu fasonun da olduqca maraqlı versiyalarını təklif edirlər. Siz iki müxtəlif bikininin alt hissəsi ilə üstünü qarışdıra bilərsiniz.


Bir asqılı

Dizaynerlərin növbəti yeniliyi bir çiyini bağlı çimərlik geyimləridir. Bu yeniliyin əsas məğzi ondan ibarətdir ki, digər çiyin bağı boğaza dolanır, ya da fərqli formada bağlanır. Belə çimərlik geyimləri zərif olduğu üçün qadını çox cəlbedici göstərir.
Toplar


Bəzi moda evləri retro üslubunda çimərlik geyimləri kolleksiyaları təqdim edib. Çimərlik geyimləri arasında onlar xüsusi yer tutur. Onların təvazökarlar üçün nəzərdə tutulduğunu düşünmək lazım deyil. Belə çimərlik geyimini saçaqlar, strazlar, büzmə haşiyələr və digər dekorlar bəzəyir. Aksessuarlar, parlaq rəng palitrası onlara seksuallıq əlavə edir. Topun altından geyinilən model isə hündür olmalıdır. Belə modellərdə həm kök, həm də arıq qızlar eyni dərəcədə qəşəng görünür.
Çiyin bağısız çimərlik geyimləri

Bando adlanan çiyin bağısız çimərlik geyimi artıq bir neçə ildir ki, öz populyarlığını itirmir. Yuxarıda sadaladıqlarımızdan fərqli olaraq, belə çimərlik geyimlərində minimal sayda bəzək elementləri tələb edir. Əvəzində isə teksturaların və rənglərin müxtəlifliyinə icazə verilir. Eləcə də bikini-tumanlarda müxtəlif dekorların istifadəsi mümkündür.
Qapalı çimərlik geyimləri - Mayo



Belə çimərlik geyimləri qapalı olsa da, ən az bikinilər qədər seksual görünür. Hətta bəzi modelləri o qədər cəlbedicidir ki, onları geyinmək üçün modapərəstlərdən cəsarət tələb edir. Çoxları elə düşünür ki, qapalı çimərlik geyimləri artıq çəkini, bədən qüsurlarını gizlədir. Əslində isə əksinədir. Belə çimərlik dəstlərini yalnız ideal bədən quruluşuna malik olan xanımlar geyinə bilər. Məsələ ondadır ki, bu model bədənə kip yapışır. Bu zaman sizin belinizin incəliyi aydın şəkildə görünür.
Monikini

Alt və üst çimərlik geyiminin dekorativ elementlərlə qeyri-adi şəkildə birləşməsinə monokini deyilir. Bu modellərdə bədən maksimum açıq olur. Onları bir qayda olaraq ideal bədən quruluşunu nümayiş etdirmək istəyən qızların geyinməsi məsləhətdir.
Rəng palitrası və qeyri-adi materiallar
Aktual çimərlik paltarı almaq üçün parlaq, qeyri-adi rəng palitrasına diqqət yetirmək şərt deyil. Birrəngli modellər də günəş altında parlamağa davam edirlər.

Yırtıcı heyvan təsvirləri də moda nümayişlərini heç vaxt tərk etmir.

Çiçək naxışı da aktualdır, lakin onları noxud və zolaq printləri tamamlayır.

Bu mövsüm əyləncəli toxunma çimərlik modelləri də aktual olmaqda davam edir.

Cəsarətli modapərəstlər üçün dəridən hazırlanan çimərlik geyimləri də təklif olunur.

Aytən
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı








.jpg)

.jpg)




















.png)


.jpg)



