Dəb
Bu gözəl baş redaktor olacaq - FOTOLAR
“Conde Nast” nəşriyyat evi payız mövsümündə “Vogue” jurnalının ərəb versiyasını buraxmağa hazırlaşır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, jurnalın baş redaktoru dünyada dəb ilahəsi kimi tanınan Səudiyyə Ərəbistanının şahzadəsi Dina Əbdüləziz olacaq.
“Vogue Arabia”-nın onlayn versiyası ingilis və ərəb dillərində bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlayacaq, ardınca isə jurnalın ilk çap nömrəsi işıq üzü görəcək. Yalnız jurnalın buraxılması 2017-ci ilin yazına planlaşdırılıb.
Şahzadə Dina Əbdüləziz ərəb qadınlarının dünya səhnəsində gücünü və nailiyyətlərini moda və mədəniyyət prizmasından göstərməyi planlaşdırır: "Bizim regionun təbiətcə mühafizəkar olması doğrudur, ancaq ərəb qadınları digərlərindən çox şeylə fərqlənmirlər. Onlar da özlərini güclü və gözəl hiss etmək istəyirlər".
Xatırladaq ki, Dina-Əbdüləziz əl-Səud Səudiyyə şahzadəsi Əbdüləziz bin Nasir Əbdüləziz bin Al Səudin həyat yoldaşıdır. 17 ildir evli olan cütlüyün bir qızı və əkiz oğlanları var.
Şərqli həyat yoldaşı missiyasını yerinə yetirən şahzadənin dəblə də arası yaxşıdır. Dina Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanının şahzadəsi olması, mənşəyi, həmçinin nəcib və heyranedici üslubu ilə öyünə bilər. O, moda həftələrinin daimi və sevilən qonağıdır.
Gözəl geyinmək həvəsi şahzadə Dinanı bu peşə ilə yaxından maraqlanmağa və məşğul olmağa sövq edib. Onun Ər-Riyaddakı butikinə yalnız şəxsi dəvəti ilə gəlmək olar. Butik üçün kolleksiyaları Dina şəxsən özü seçir. Burada müsəlman aləmində qəbul olunmuş ənənələr də əlbəttə ki, nəzərdən qaçırmır. Məsələn, Von Furstenberqin dizə qədər olan aşırmalı donları onun xahişi ilə xüsusi olaraq ərəb qadınları üçün döşəməyə qədər uzanır. Şahzadə Azzedine Alaa və Karolina Herrera kimi adlı-sanlı dizaynerlərlə də dostdur. Hətta bütün qadınların sevimli ayaqqabı dizayneri Kristian Louboutin bir cüt ayaqqabılarını onun şərəfinə adlandırıb.
Ərəb şahzadəsinin Nyu-Yorkda moda həftələrində geyindiyi qiyafələr dəb tənqidçilərinin də diqqətini çəkir. Qərb və Şərq geyim ənənələrini özündə birləşdirən üslubu Nyu-York dəb bloqqerlərini sözün həqiqi mənasında heyran edir. Öz ölkəsində isə onun geyim tərzini kifayət qədər cəsarətli adlandırırlar.
Şahzadənin obrazında daha bir təəccüblü məqam cəsarətli saç kəsimidir. Çünki müsəlman ölkələrində hesab edirlər ki, qadının əsas bəzəyi və fəxri onun uzun saçlarıdır. Oğlansayağı saç kəsimləri kişilər tərəfindən də normal qəbul olunmur. Lakin qısa saç kəsimi, qısa paltarlar, qeyri-adi obrazlar isə onda çox ahəngdar və cəlbedici görünür. Bu azad xanım şərq qadınları kimi itaətkar olmaq fikrindən tamamilə uzaqdır. Görünür, uzun illər Nyu-Yorkda yaşamaq ona özün əminlik verib.
Aytən
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı








.jpg)

.jpg)




















.png)


.jpg)



