Dəb
Çimərlik geyimləri ilə dəb tarixinə düşən məşhurlar - FOTOLAR
Düz 70 il əvvəl 5 iyul tarixində fransalı modelyer Lui Rear dünyaya ilk bikini modelini təqdim edib.
Publika.az xəbər verir ki, o gündən etibarən bu tarix beynəlxalq bikini günü kimi qeyd olunur.
Luis Rearın hazırladığı 2 hissədən ibarət olan bikini çox açıq idi. Ancaq o, bikinini təqdim etmək üçün uzun müddət model tapa bilmirdi. Həmin dövrün demək olar ki, bütün modelləri bədənini tamamən göstərən bu geyimi nümayiş etdirməkdən qətiyyətlə imtina edirdi. Modelyer bikini geyinmək istəyən model tapmadığı üçün çıxış yolunu striptizçi qadın - Mişelin Bernardiniyə əməkdaşlıq təklif etməkdə görmüşdü. Digər maraqlı məqam budur ki, Rear bikinini anasının alt paltarları dükanından təsirlənərək yaradıb.

Mişelin Bernardin 1946-cı il
Rearın yeni məhsulunu tanıda bilməsi üçün ən az məhsul qədər diqqət çəkə bilən ada ehtiyacı var idi. Bunun üçün o, Sakit okeanda yerləşən Bikini adasının adını seçir. Belə ki, 1946-ci ilin 1 iyununda ABŞ ordusu “Bikini atomu” kimi tanınan kiçik adalarda nüvə sınağını reallaşdırmışdı. Rəvayətə görə, Rear çimərlik geyimini atom bombası ilə müqayisə edərək ona Bikini adasının adını vermək qərarına gəlir. O, bunu bikini geyinmiş cəsarətli qadının atom bombası effekti yaratması ilə izah edirdi. Hətta o illərdə cazibədar qadınlara “bomba”, “atom” kimi oxşatmalarla müraciət olunurmuş.
Rear bu kəşfinin nüvə sınaqlarının Bikini adasında yaratdığı partlayış qədər böyük səs-küy yaradacağına ümid edirdi. Onun gözləntiləri özünü doğruldur, yeni qadın geyimi bütün dünyada maraqla qarşılanır və beləliklə bikini yarandığı gündən etibarən qadın qraderobunun ayrılmaz hissəsinə çevrilir. Sözsüz ki, 70 il ərzində dəbin dəyişən trendləri bikini modellərinə təsir edib, lakin onlar çəkiciliyini heç vaxt itirməyib.
Publika.az məşhurların dəbin tarixinə düşmüş çimərlik geyimlərini təqdim edir.

Debora Kerr - 1953-cü il

Sofi Loren - 1953-cü il

Merilin Monro - 1959-cu il

Elizabet Teylor - 1960-cu il

Bricit Bardo 1962-ci il

Natalya Kustinskaya - 1963-cü il

Odri Xepbern - 1967-ci il

Svetlana Svetliçnaya "Brilyant əl" - 1968-cu il

Romi Şnayder - 1969-cu il

Pem Qriber - 1973-cü il

Kerri Fişer - 1977-cü il

Bo Derek - 1979-cu il

Ornella Muti - 1981-ci il

Pamela Anderson - 1989-cu il

Mila Yovoviç -1991-ci il

Salma Hayek - 1995-ci il

Ancelina Coli - 2001-ci il

Dommik Suyen - 2001-ci il

Lyudivin Sane - 2002-ci il

Holli Berri 2002-ci il

Reyçel Makadams 2004-cü il

Cessika Alba - 2005-ci il

Kira Naytli - 2007-cü il

Keyt Apton - 2014-cü il
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto










.jpg)




.jpg)







.jpg)













