Dəb
Məşhur dizaynerlərdən Şekspirə həsr olunmuş kolleksiya - FOTOLAR
Paris Yüksək Dəb Həftəsi çərçivəsində “Valentino” italyan moda evinin yeni kolleksiyası nümayiş olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Valentino”nun liderləri ədəbiyyat, rəssamlıq və musiqi mövzusuna müraciət etməkdən yorulmur. Belə ki, moda evinin kreativ dizaynerləri - Mariya Qraçii Kyuri və Pyerpaulo Piççoli dahi şair Uilyam Şekspirin ölümünün 400 illiyi münasibəti ilə yeni kolleksiyanı ona həsr etmək qərarına gəlib.
Sözsüz ki, hər iki dizaynerin ilham mənbəyi Şekspirin zəngin yaradıcılıq irsi olun. Yeni kolleksiya hər zamankı kimi möhtəşəm, dəbdəbəli və çox gözəl alınıb. Dizaynerlər çətin parça oyunları, mürəkkəb fasonları, ənənəvi zərif fasonları və siluetləri ilə auditoriyanı təəccübləndirə biliblər! Orta əsrlər üçün xarakterik bəzək elementləri, büzmə əlavələri, çoxqatlı krujeva ətəklər, xəz yaxalıqlı mantolar və hündür yaxalıqlı paltoların hər biri böyük heyranlıq doğurur.
Onu da qeyd edək ki, dəb dünyasında gəzən şaiyələrə görə, “Valentino”nun kreativ dizaynerlərindən biri - Mariya Qraçi Kyuri növbəti mövsümdən moda evi ilə yollarını ayıracaq. O, fəaliyyətini “Dior” fransız moda evində davam etdirəcək.
Aytən
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































