Dəb
İtalyan moda evi 30 illiyini təmtəraqlı şəkildə qeyd etdi - FOTOLAR
Paris Yüksək Moda Həftəsi yekunlaşdıqdan sonra bütün modapərəstlər özünü İtaliyaya yetirib.
Publika.az xəbər verir ki, “Fendi” moda evinin təntənəli nümayişinin ardınca “Dolce&Gabbana”-nın otuzilliyinə həsr olunmuş möhtəşəm bayram təşkil olunub. Moda evinin yaradıcıları Stefano Qabbana və Domeniko Dolçe bu hadisəni Neapolda, açıq havada qeyd etmək qərarına gəlib.
Tədbirin ulduz qonağı isə brendin əsas simalarından biri, məşhur aktirsa Sofi Loren olub. Hətta təşkilatlar Sofi Loren üçün taxtı xatırladan xüsusi yer hazırlayıb. Sofi Lorenin uşaqlığı Neapolda keçdiyi üçün ev sahibəsi rolunu üzərinə götürüb və doğma şəhərdə qonaqları özü qarşılayıb.
Moda evinin hazırladığı şou qonaqları əməlli-başlı təəccübləndirib və zövq təntənəsinə qərq edib. Dizaynerlər ənənəvi güllü naxışları ilə yanaşı, bu dəfə müxtəlif quşlar və dəniz heyvanlarının rəsmlərindən də istifadə edib. Kolleksiya qara, ağ və qırmızı krujevalardan, qiymətli daş-qaşlarla bəzədilmiş modellərdən ibarətdir.
Dəfilədə flamenko rəqqasələrinin və saçları qızılgüllərlə bəzənmiş ehtiraslı ispan gözəllərinin geyimləri də diqqət çəkib. Ötən kolleksiyalarda olduğu kimi brend bu dəfə də saç bəzəklərindən və güllərdən geniş istifadə edərək öz ənənəsinə sadiqliyinin nümayiş etdirib. Kolleksiyadakı çantalar üzərindəki bəzək motivləri və bahalı daş-qaşlar brendin təmtəraqlı və ehtiraslı qadın obrazını özündə əks etdirir.
Aytən
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































