Dəb
Yeni baş nazirin ayaqqabıları gündəm oldu - FOTOLAR
İngiltərənin yeni baş naziri Teresa May bəbir naxışlı ayaqqabı pərəstişkarıdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın referendumda Avropa İttifaqından ayrılma qərarı verməsindən sonra baş nazir postundan istefa verən Devid Kameronun yerinə keçən şəxsin adı dəqiqləşib. Daxili işlər Naziri Teresa Mayın bu gün öz vəzifəsinə başlaması gözlənilir.
26 il sonra ilk dəfə bir qadının baş nazir kreslosuna oturması ingilis xalqını da həyəcanlandırıb. İngiltərənin baş nazir vəzifəsinə namizəd göstərilən Teresa Mayın geyim tərzi diqqət çəkib. Belə ki, İngiltərə mətbuatında Mayın siyasi kimliyi və xarakteri ilə yanaşı, onun geyim tərzi də müzakirə mövzusu olub. Stilistlərin şərhlərinə görə, Teresa May statusuna uyğun olaraq klassik üslubda geyinir. Çox vaxt tünd paltarlar geyinir, amma arada qırmızı rəngə də müraciət edir. Lakin ayaqqabı seçimində olduqca iddialı davranır. O, xüsusilə bəzəkli və bəbir naxışlı ayaqqabıları çox üstünlük verir. Siyasətçi xanım dünən Londonda baş nazirin iqamətgahında Kameronla görüşdə klassik geyimini bəbir naxışlı ayaqqabılarla tamamlayıb.
Qeyd edək ki, keşiş qızı olan Mey Oksford Universitetini bitirib. İntizamı və sərt siyasəti ilə Marqaret Tetçerə bənzədildiyi üçün ölkəsində “yeni Dəmir Ledi” adlandırılır.
Aytən
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto










.jpg)




.jpg)







.jpg)













