Dəb
Birinci xanım moda brendi yaradır - FOTOLAR
İngiltərədə baş nazir postundan istefa verən Devid Kameron ilə həyat yoldaşı Samanta dünya mətbuatının diqqət mərkəzində olmağa davam edir. Baş nazirin və həyat yoldaşının bundan sonrakı fəaliyyəti ictimaiyyətdə böyük maraq doğurur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Devid Kameron deputatlığına davam edəcək. Birinci xanımın isə şəxsi geyim brendini qurmağı planlaşdırdığı irəli sürülür. Böyük Britaniyada ən az Keyt Middlton qədər sevilən Samantanın markasına ingilislərin böyük maraq göstərəcəyi gözlənilir.
Qeyd edək ki, Devid Kameronun 45 yaşlı həyat yoldaşı - Samanta birinci xanım statusuna layiq görüldüyü vaxtdan bəri geyim tərzilə dəb tənqidçilərinin böyük rəğbətini qazanıb. Samanta ərinin hakimiyyəti dövründə özünə istədiyini geyinməyə icazə verib. Samanta tanınmayan markalara müraciət etməklə də zövqlü görünməyin mümkün olduğunu sübut edə bilir. O, tez-tez “Zara” kimi demokratik brendlərin klassik, sadə stilettolarına müraciət edərək kübar xanım obrazı yaratmağa nail olurdu. Əks halda təvazökar britaniyalılar geyimlərinə çox pul xərcləməyən baş nazirin həyat yoldaşından məmnun olmazdılar. Bundan başqa “Vogue” jurnalı onu dünyanın ən zövqlü xanımlarından biri elan edib.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
