Dəb
Çimərliyə belə getsəniz... - FOTOLAR
Çimərliyin mütləq atributlarından biri də pareolar hesab olunur. Lakin onlar yavaş-yavaş xatirələrdən silinməyə doğu gedir. Və sual yarana bilər ki, modapərəst qızlar pareosuz nə edəcək?
Publika.az-ın dəb bölməsi bu sualın cavabını tapıb.
Köynəklər
Folk üslubunda və yaxud kişi köynəklərini xatırladan köynəklər pareonun ən yaxşı alternatividir. Onların çimərlik geyimləri ilə vəhdəti çox gözəl görünür, açıq çalarlı köynəklər isə qaralmış əla dərini vurğulayır. Köynəklərin materialı bir qayda olaraq, pambıq kimi təbii parçalardan olmalıdır. Səndəl və həsir şlyapa isə obrazın tamamlayacısı olacaq. Köynək alan zaman bir neçə ölçü böyük alın, siluet maksimum boş olmalıdır.
Şəffaf yay sarafanları
Pareolar heç vaxt yay sarafanlarını əvəz edə bilməz. Amma uzunluğundan asılı olmayaraq, istənilən sarafanlar pareonun əlverişli alternatividir. Yüngül yay sarafanlarında siz nəinki sahildə, həm də çimərliyin restoran və barına rahatlıqla gedə bilərsiniz. Xüsusi vurğulamaq lazımdır ki, çimərliyin restoranı nə qədər yaxın olsa da, oraya kupalnikdə getmək yolverilməzdir. Hörmətli kişilər, bu, sizə də aiddir. Lütfən, kafeyə daxil olmazdan əvvəl üstünüzə nə isə geyinin.
Qısa cins şortiklər və toplar
Daha bir seçim qısa cins şortiklərlə topların vəhdətidir. Onlar nazik cins və ya pambıq materialdan ola bilər. Cici Hadid kimi modellər onu çimərlik geyimləri ilə birlikdə geyinməyə üstünlük verir.
Nazik yubkalar
Qadınlar çimərliyə gedəndə pareodan yubka yaratmağa çalışırlar. Pareo dərhal açılır və dəhşətli görünür. Dəbli çimərlik yubkası ilə düzgün seçilmiş kupalnik isə sizi əsl ulduza çevirəcək.
Kimono və ya xalat
Söhbət çimərlik istirahətindən gedirsə, kimonolar Hollivud ulduzlarının ən çox sevdiyi detaldır. Aktrisa və modellər kimonoların parlaq və saçaqlı variantlarına üstünlük verirlər. Belə bir kimononu şortlarla uzlaşdırmaq olar. Bəs niyə kimonolar pareodan yaxşıdır? Birincisi, kimonolar rahat hərəkətə etməyə imkan verir, ikincisi onu pareo kimi bədəninizə bağlamağa əlavə vaxt sərf etməyəcəksiniz.
Ponço və ya kaftan
Rəngarəng kaftan və ponçolar da pareonun ən yaxşı əvəzləyicisi olmağa iddialıdır. Onlara bəzən kimonoların qohumu da deyilir. Uzunluğuna və önünün bağlı olmasına görə, kimonolardan fərqlənsə də, çimərlik geyimləri ilə əla görünür. Artıq bir neçə ildir ki, kaftanlar ardıcıl olaraq kütləvi şəkildə modapərəstlərin məhəbbətini qazanıb.
Kombinezon-şortik
Kombinezon-şortiklər də bu siyahıya daxildir. Və buradan belə nəticə çıxartmaq olar ki, qarderobun istənilən yüngül yay paltarları pareoların alternativi ola bilər. Əsas şərt onların təbii, nazik və hava buraxan materiallardan olmasıdır. Kəsim isə maksimum sərbəst olmalıdır.
Aytən
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO





































