Dəb
Yay qarderobunun pərəstiş predmeti: səbət çantalar - FOTOLAR
Günəş işığı modapərəstlərdən yayın müvafiq ləvazimatını tələb edir.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, tələb olunanan ləvazimat həsir, daha dəqiq desək, səbəti və ya zənbili xatırladan çantalardır. Həsir çantalar əvvəllər ancaq çimərlik aksessuarı sayılırdı. Artıq bir neçə ildir ki, dizyanerlər bu ənənəni dəyişmək qərarına gələrək orijinal aksessuarı gündəlik yay obrazının ayrılmaz hissəsi kimi təqdim edirlər. Odur ki, bu gözəl çantaları taxmaq üçün qumlu sahillərə üz tutmağa gərək yoxdur. Həsir çantalar həm çimərlik, həm də yüngül yay geyimlərini əla tamamlayır.
Həsir materialdan hazırlanan çantalar dəridən bir çox xüsusiyyətinə görə üstündür. Birincisi, məlum məsələdir ki, təbiətin mühafizəsində hər kəs böyük məsuliyyət daşıyır. Bu baxımdan təbiətə ziyan vurmadan, hər hansı heyvanı öldürmədən ekoloji materiallardan daha çox istifadə etmək olar. O, hətta samandan toxuna bilər. İkincisi, səbət çantalar dəri ilə müqayisədə xüsusi qulluq tələb etmir və daha yüngüldür. Bir sözlə, səbət çantalar ilin ən isti dövrünün təcəssümüdür.
Xippi tərzini toxunma aksessuarlar olmadan təsəvvür etmək mümkün deyil, bu rolu səbəti modeli əla yerinə yetirə bilər. Zənbil çantalar isə həm kejual (gündəlik), həm də kantri (kovboy və ya kəndli tərzi) üslubu ilə əla uzlaşır. Yeri gəlmişkən onu da qeyd edək ki, bu çanta ilə yanları enli həsir şlyapanın vəhdəti ideal alınır.
Həsir çanta modelləri o qədər rəngarəngdir ki, siz ondan gün boyu ayrılmaya bilərsiniz. Məsələn, klatç variantını həm gündüz, həm axşam dəvətlərində də rahatlıqla istifadə etmək olar.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
