Dəb
Cəsarətli qızların qısa şort dəbi - FOTOLAR
Bu mövsüm şortsuz keçinmək, yayın əzəzolunmaz trendindən kənar qalmaq deməkdir.
Publika.az xəbər verir ki, 2016-ci ildə şortlar dəb tendensiyaları arasında populyarlıq reytinqinə rəhbərlik edir. Xüsusi ilə qısa cins şortlara olan tələbat heç vaxt azalmır. Elə bu səbəbdən də mövsümün hakimi statusu onlara verilib. Qeyd edək ki, bu gün dizaynerlər cins şortları bütün üslublarda, hətta mühafizəkar və ən avanqard fasonlarda təklif edir.
Bu mövsüm cinslərin ən diqqətçəkən fasonu boyfriend şortlardır. Onların düşünülmüş kobud fasonundan və sərbəst həcmindən qorxmaq lazım deyil, əslində, bu model qaməti çox gözəl vurğulayır.
Demək olar ki, bütün dizaynerlər qadın bədən quruluşunu ideal vurğulayan hündürbel modellərə üstünlük verib və onlar yayın ən dəbdə olan variantı sayılır. Hündürbel cinsləri həm qalın, həm də nazik kəmərlə istifadə etmək olar.
Ötən ilki trendlər siyahısında liderlik edən krujeva ilə bəzədilmiş cins şortlar da aktual olaraq qalır. Cins kimi kobud parça ilə zərif krujevanın təzadlı birləşməsi xüsusilə effektli görünür. Bu mövsüm klassik, cırıq və ağardılmış fakturalar da əvvəlki kimi dizaynerlərin favoritləri arasındadır.
Bununla belə cins şortların beli qısa və dar modelləri də populyardır. Lakin yadda saxlayın ki, belə modellər incəbel xanımlar üçündür. Ümumiyyətlə, cins şort seçərkən bədən quruluşunun proporsiyaslarına xüsusi diqqət yetirin. Əslində, fantastik dərəcədə populyar olan cins şortlar çox kaprizlidir və hər kəsin geyinə biləcəyi model deyil.
- Aydın məsələdir ki, qısa şortlar qadını cəlbedici göstərir. Parlaq rəngli, həmcli şifon bluz və ya yüngül toplarla bu təəssüratı daha da gücləndirmək olar.
- Cinslə ağ maykaların dueti isə gündəlik üçün çox əlverişlidir.
- Qısa cins şortlar uzun jaket, kimono və ya bleyzerləri eksperimentdən keçirməyə imkan verir. Qısa fason qamətli bədəni çox cazibədar göstərəcək, uzun kardiqan (yaxalıqsız, düyməsiz jaket) istənilən silueti bəzəyəcək.
- Geniş modellər bədənə kip oturan maykalar tələb edir. Belə ki, onlar incə belin bütün üstünlüklərini nümayiş etdirəcəklər.
- Qısa cins şortların itələyici görünməməsini təmin etmək üçün düzgün ayaqqabı seçimi çox önəmlidir. Belə modelləri çox şit ayaqqabı ilə uzlaşdırmaq birmənalı şəkildə yolverilməzdir. Demokratik cinslər öz qaydalarını diktə edir və stilistlər daha rahat ayaqqabılara yönəlməyi tövsiyə edir. Məsələn, baletka, slipon, keta, qladiator səndəlləri və ya minimalist səndəllər cins şortlara qüsursuz yaraşacaq. Ayaqqabının hündür olub-olması isə getidyiniz yerdən asılıdır.
Aytən
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?










.jpg)



.jpg)











.jpg)









