Dəb
Pulsuzluqdan pərdəni paltar etdi və bütün dünyada MƏŞHUR OLDU - FOTOLAR
Çoxları bilməsə də, Sofi Loren karyerasına gözəllik müsabiqəsindən başlayıb.
Publika.az xəbər verir ki, Sofi Loren 16 yaşında gözəllik müsabiqəsində iştirak edib. O, gənclik illərində əsl seks simvolu idi. Gözəl qamət, cəlbedici baldırlar, böyük sinə və ehtiraslı baxışları istənilən kişini yoldan çıxara bilərdi. Anası və özü müsabiqədə sərt münsiflərə təsir edəcəyindən şübhə etmirdi. Lakin kiçik bir problem var idi. Sofinin geyinməyə gözəl paltarı yox idi. Sofi dolub-daşan qarderobunda çoxlu paltarı olan və onların heç birindən razı qalmayan ərköyün qızlardan deyildi. Məsələ ondadır ki, qızın ailəsi o qədər kasıb idi ki, hətta yemək almağa belə pulları yox idi. Bütün bunlara baxmayaraq, Sofi qarşısına qoyduğu məqsədindən daşınmaq fikrində deyildi.
Ana və qız yeganə çıxış yolunu evin çəhrayı pərdəsindən don biçməkdə tapır. Pərdənin dona çevrilmə prosesi bir neçə gün davam edir. Çəhrayı pərdə Sofinin gözəl bədənində möhtəşəm görünür. Onda Sofi heç də Skarlett Oharanın bahalı paltarından pis görünmürdü.
Qarşıda paltara uyğun münasib ayaqqabı seçmək məsələsi dururdu. Özünü itirməyən ana bu dəfə qızının köhnə qara ayaqqabılarını ağ rəngə boyayır. Qız sevincindən parlayırdı və əmin idi ki, müsabiqədə hər kəsi gözəlliyi ilə valeh edəcək. Gələcəyin parlaq aktrisası münsifləri elə sarsıtmışdı ki, onun ucuz libası uzun müddət unudulmur. Yeri gəlmişkən, bu qızın heç də təbii gözəlliyini pozmamışdı və münsiflərin ona yüksək qiymət qoymasına mane olmamışdı. Sofi birinci olmasa da, gözəllik müsabiqəsində iştirak onun üçün məşhurluğa gedən yolda önəmli addım oldu. Burada artıq onu daha iri miqyaslı müsabiqə, yeni tanışlıq və təkliflər, prodüseri və gələcək əri Karlo Ponti gözləyirdi...
Aytən
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı








.jpg)

.jpg)



















.png)


.jpg)



